Uşağın həyatında bağçanın rolu

Uşağın şəxsiyyətə çevrilməsidə ailə, mühit, tərbiyə, bununla yanaşı məktəb, sosial müəssisələr, müxtəlif dərnəklər radio və televiziya verilişləri həlledici rol oynayır. Bağçanın uşaqların həyatında rolu böyükdür.Bu günün uşağı gələcəyin şagirdi, tələbəsi, ziyalısıdır. Uşaqların necə inkişaf edəcəyi onları əhatə edən mühitlə bağlıdır. Uşaqların sosiallaşması üçün atılan ilk addımlardan biridə onların bağça mühitinə öyrəşmələri ilə başlayır. Təqdiqatlar da müəyyən etmişdir ki, uşağın intellektual səviyyəsi məhz kiçik yaşlarında ona verilən tərbiyə ilə bağlıdır. Bağçaya gedən uşaqla getməyən uşağın fərqi varmı? Bağçaya gedən uşaq daha fəal olur. Fiziki, əqli cəhətdən yaxşı inkişaf edir ,özünə inamlı olur, nitqi inkişaf edir, kollektivə öyrəşirlər bir çox sevmədiyi yemeklərin adlarını öyrənir, evdə heç yemədikləri yeməkləri bağçada qrup halında əyləncəli şəkildə yeyirlər. Uşaq bağça mühitində paylaşmağı öyrənir, əvvəl uşaqlar elə bilir ki, hər şey onlara alınmalıdır amma bağça mühiti onlara paylaşmağı bölüşməyi öyrədir. Dostlaşırlar- dostları ilə daha çox ünsiyyətdə olurlar. Onlarla daha çox zaman keçirmək istəyirlər. Hətta bağçaya öyrəşən uşaq həftə sonu anasına sual verər ki,” bağça nə vaxt açılacaq”. Bağçaya getməyən uşaq isə özünə qapanıq olur, ünsiyyət az girirlər ,yeni mühitə gec adaptasiya olurlar. Kiçik yaşlı uşaqlar qonaq gedəndə evə qonaq gələndə analarından ayrılmaq istəmirlər.

Əhatə olunduğu mühit uşağın inkişafına birbaşa təsir edir. Bağça yaş dövrünə gəldikdə isə uşaqların beynin inkişafı üçün artıq хüsusi mərhələ başlayır. Məsələn, 3 yaş dövründə dilin imkanları həddən artıq inkişaf dövrünü başlayır. Dilin inkişafı üçün хüsusi bir zəmin yaranır. Uşağın lüğət ehtiyatı artır, ünsiyyətə meyli çoхalır. Eyni zamanda, mən obrazı formalaşır.Məktəbə qədərki dövrdə uşağın nitqi xüsusi ilə şifahi nitqi daha sürətli inkişaf edib zənginləşir. Lüğət ehtiyatı artır. O, ana dilini qrammatik qanunları əsasında danışmağa başlayır. Məktəbəqədərki dövürdə uşaqların nitqi ünsiyyət vasitəsi kimi inkişaf edir,özüdə bu ailədə bağçada yaxın adamlarla onu əhatə edənlərlə ünsiyyət zamanı olur. Məktəbə qədər dövrdə uşağın yiyələndiyi nitq formalarından biridə izahlı nitqdir. Məsələn uşaq bu nitqlə oyunun məzmunun yoldaşlarına izah edir. Rabitəli nitqin bir forması olan izahlı nitq uşağın həyat fəaliyyətində böyük əhəmiyyətə malikdir.

Eqosu yüksək olan aqressiv olan ərköyün uşaqlar bağça mühitində paylaşmağı, dostlaşmağı öyrənirlər. Evdə valideyin nə qədər uşağın suallarına cavab versədə uşaq onunla razılaşmır. Daha geniş cavab gözləyir. Evdə uşaq yaxşı hərəkət edəndə valideyin nə qədər ona “ağıllı balam”, “sağol” desədə bağçada müəllimlərinin onu həvəsləndirməsi “afərin” deməsi fərqli nəticə verir. Məlum olduğu kimi bağça yaşlı uşaqların əsas aparıcı fəaliyyət növü oyundur. Bu yaş dövründə uşaqlar öz vaxtlarının çoxunu oyunda keçirirlər.
Adətən, məktəbəqədər yaş dövrünü üç yarımdövrə ayırırlar: kiçik bağça yaşı dövrü (3-4 yaş), orta bağça yaşı dövrü (4-5 yaş) və böyük bağça yaşı dövrü (5-6 yaş). Bu dövdə süjetli oyunların inkişafı sürətlənir, rolların mənilsənilməsi imkanları genişlənir. Üç-altı yaş ərzində uşaq oyunları əşyavi-manipulyativ və simvolik xarakterdən süjetli-rollu qaydalı oyunlara qədər inkişaf yolu keçir. Bütün bunlar uşağın həyatında mühüm rol oynamaqla, onun tələbatını ödəməklə yanaşı, yaşlılarla ün­siy­yət saxlamaq, həyatı başa düşmək, ətrafdakıları təqlid et­mək, bu yolla bir növ gələcək həyata hazırlaşmaq işində mühüm vasitəyə çevrilir. Oyun fəaliyyəti uşağın psixi inkişafında əsaslı dəyişikliklə gətirib çıxarır. Oyun şəra­­itində və onun köməyi ilə uşaqlarda diqqət, qavrayış, xüsusilə müşahidəçilik, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranmış olur. Bununla yanaşı olaraq didaktik oyunlardan istifadə edilməsi uşaqlarda nitqin inkişafı, nitq qüsurlarının aradan qaldırılması işində də əsas­lı rol oynayır. Xüsusi ilədə bu yaş üçün səciyyəvi tipik olan rollu oyunlarda uşaqlar yaşlıların fəaliyyətini öz üzərinə götürür, onların real həyatı funksiyalarını yerinə yetirir, özlərini yaşlı kimi aparırlar. Bu yaş dövrü üçün aparıcı fəaliyyət olan oyun prosesində uşaq müəyyən işlər görür, rola aid mülahizələr yürüdür, münasibətini bildirir, hətta yeri gəldikcə mübahisə edir və yaş artdıqca qaydalı oyunlar onların həyatında mühüm yer tutmağa başlayır.

Mən özüm bağçaya getməmişəm,ve bunun əziyyətini uzun müddət çəkmişəm.Məsələn,məktəbli dövründə səhərlər məktəbə getmək üçün çətinliklə yuхudan qalxırdım. Neçə ay keçməsinə baхmayaraq, hələ də məktəb rejiminə alışa bilmirdim,dərs danışanda çoх həyəcan keçirir, həyəcandan əllərim tərləyirdi.Dostlarım ilə ünsiyyət qurmaqda çətinlik çəkir, müstəqilliyə alışa bilmirdim.

Uşağın bağçada bir çox imkanları, qabiliyyətləri ünsiyyət bacarığı fəaliyyət formasinda meydana çıxır. Qabiliyyətin üzə çıxması üçün uşaq mütləq bir fəaliyyətdə olmalıdır. Evdə uşaq ən çoxu valideyinlə oynaya bilər lakin oyunun özünündə müəyyən mərhələlər var. Uşaq kiçik yaş dövründə əşyaları tanımağa başlayır müxtəlif oyuncaqlarla oynayır Ətrafında gördüklərini təhlil edir.Hələ kiçik yaşlarında uşaq oyuncaqları tərkib hisslərini ayıraraq , analiz edir onlarla oynayır bunlarda uşağın inkişafına zəmin yaradır ,lakin bir müddət sonra uşaq oyun əsasında ətraf insanları onu əhatə edənlərin sosial rollarını mənimsəyir. Oyunda bunu dahada təkminləşdirir. Bu təkminləşdirmə yalnız bağça mühitində daha keyfiyyətli həyata keçə bilər. Bunlarla yanaşi onlar dostluq etməyi, kömək etməyi öyrənirlər. Bağçada oyuncaqların seçimidə müəyyən təqdiqata əsaslanır. Bu proseslə bağça plan qurur uşağın inkişafını müəyyənləşdirir uşağın qabiliyyətlərini üzə çıxarır.Burda yalnız ünsiyyət məsələsi yox təsviri qabiliyyət aktiv oyunlarda onların fiziki qabiliyyəti nəzarət altına alinır.. Bağçaya gedən uşaq artıq məktəb dövründə onda müəyyən inkişafda özünü göstərir məktəbə hazır vəziyyətdə gəlir sisoal fobiyası olmur, ağlamır, qışqırmır anasını istəmir yeni mühitə daha tez öyreşir tanımadığı uşağa tez alışır. Buna görə də bağçanın rolu uşağın həyatında əvəz olunmazdır.

Narınc Könüllü qrupunun üzvü: Əliyeva Şəbnəm

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!