Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Uşaqlarda eşitmə qüsuru

Eşitmə qüsuru uşaqlarda lüğət ehtiyatın az olması, qramatik formaların dərk edilməməsi, cümlə qura bilməməsi, onları əhatə edənlərlə ünsiyyət saxlaya bilməməsinə gətirib çıxarır.Uşağın inkişafında eşitmənin rolu çox böyükdür. Uşaq böyüklərin nitqini eşidir, onu təqlid edərək müstəqil danışmağı öyrənir.Eşitmə həmçinin uşağın intelektual inkişafına böyük təsir göstərir.Eşitmə qüsurlarının təsnifi əsasən eşitmə funksiyasının pozulması və nitqin vəziyyəti ilə müəyyənləşir. Eşitmə qüsuru 2 cür olur:
1.Karlıq- eşitmənin ən ağır pozulmasıdır. Tam karlıq çox az hallarda müşahidə edilir.Tam karlıq zamanı nitqin qavranılması qeyri-mümkün olur. Karlıq anadangəlmə və qazanılma olur.Anadangəlmə karlıqa az təsadüf olunur. Anadangəlməkarlıq
ın səbəbləri: Ana bətnində eşitmə orqanının düzgün inkişaf etməməsi(irsiliyin təsiri) nəticəsində, ananın hamiləlik vaxtında zərərli amillərin dölün inkişafına mənfi təsir göstərməsi nəticəsində karlıq yaranır.
Qazanılma karlıq daha çox daxili qulağın və eşitmə sinirlərinin zədələnməsi, müxtəlif xəstəliklər: meningit, qızılca, skorlatina, qrip və digər xəstəliklər nəticəsində iltihab prosedlərindən sonra baş verir. Karlığın baş vermə zamanından aslı olaraq erkən karlıq(nitqin inkişafdan əvvəlki mərhələ) və sonradan yaranmış karlıq( nitqin formalaşmasından sonra baş vermiş karlıq) deyə 2qrupa ayrılır.
2.Ağır eşitmə-nitqi eşitmə ilə qavramaqda çətinliyin olması. Əgər karlıq zamanı nitqin qavranılması qeyri-mümkündürsə, ağır eşitmədə xüsusi şərait yaradılarsa, səsin hündürlüyü xüsusi səs gücləndiriciləri vasitəsi ilə nitqin qavranılması artır.Ağır eşitmənin səbəbləri müxtəlifdir:
1)Orta qulağın kəskin və xroniki iltihabı nəticəsində orta qulaqda pataloji dəyişmələr: təbil pərdəsinin çapıqları, bitişmələri təbil pərdəsinin və eşitmə sümükləri zəncirinin mütəhərrikliyinin pozulması;
2)Burun və burun-boğaz yollarının xroniki xəstəlikləri(adinoid bitişmələri);
3)Yolxucu xəstəliklər: skarlatina, qripp, qızılca, məxmərək, meningit və s.
4) Rüşeyim mərhələsində eşitmə orqanının anadan gəlmə anomaliyaları;
5)Ağıreşitmə müxtəlif dərəcələrdə- nəzərəçarpmayan zəif pıçıltısının eşitmə ilə qavranılmasından ta uca danışığı eşitməyənədək özünü göstərir.
Uşaqda eşitməmənin pozulmasını sadə üsullarla müəyyən etmək olar: pıçıltı və adi hündürlükdə danışıqdan istifadə etməklə yoxlamaq olar.
Adi şəraitdə eşitmə nisbi sakitlikdə pıçıltının qavranılması 6-7 metr məsafədə norma hesab edilir.
Əgər uşaq deyilmiş sözü inamsızlıqla təkrar edərsə, onda 1m məsafə yaxınlaşmaq lazımdır.Əgər uşaq sözlərin heç birini eşitmirsə, onda sait və samitləri: m, n, r, d, q, u, o( aşağı tezliklə); ş, f, v, i, e( yüksək tezliklə) qavrama bacarığını müəyyənləşdirməlidir.
Ağır eşidən uşaqların nitqinin vəziyyəti müxtəlif səbəblərdən asılıdır:

  1. Eşitmənin zəifləmə dərəcəsi-Uşaq nə qədər pis eşidərsə, bir elədə pis danışar
  2. Eşitmə qüsurunun əmələ gəlmə zamanı- əgər eşitmə 3 yaşından pozulubsa, uşaqda lüğət, tələffüz və qramatik quruluş çatışmamazlığı olan ibarəli nitq ola bilər. Əgər eşitmə məktəb yaşı dövründə pozulubsa, onda belə uşaqda düzgün qurulmuş cümləli nitqdə cingiltili səslərin karlaşması, vurğusu aydın olmayan hecaların tələffüzü, səlis olmayan artikulyasiya və s. müşahidə edilir.
    Erkən yaş dövründə eşitmənin pozulması nitqin çox ağır qüsurlarının yaranmasına səbəb olur.
  3. Eşitmə qüsurunun törənməsindən sonra uşağın inkişaf etdiyi şərait: vaxtında başlanmış korreksiya işi yaxşı nəticələr verir.
  4. Zəif eşidən uşağın psixi və fiziki vəziyyəti- somatik cəhətdən zəif və psixi inkişafdan müvəqqəti geri qalan uşaqlarda nitqin formalaşmaması nəticəsində ümumi nitq inkişafsızlığı baş verir.
    Kiçik yaşlarından eşitməsi pozulmuş uşaqların çoxunda nitq sisteminin inkişafdan qalması müşahidə olunur. Belə ki, eşitmə ilə bağlı sözləri fərqləndirə bilməyən uşaqlarda lüğətin kasadlığı, sözlərin mənasının başa düşülməməsi, sözlərin təhrif edilmiş tələffüzü, cümlə qurmaq çətinliyi və digər çətinliklərin olması, onların nitqini anlaşılmaz edir. Eşitməsi qüsurlu uşaqların yazılı nitqində də bəzi qüsurlar müşahidə edilir.

Belə ki, onlar eşitmə qüsuru nəticəsində çox sözü qavramadıqlarından həmin sözlərin mənasını bilmirlər, nəticədə oxuduqları mətndə tanış sözlərin mənasını bilmədiklərindən onları düzgün yaza bilmirlər.
Söz və qramatik formaların oxu prosesində qavranılması həmçinin oxunan mətnlərin məzmununu dərk edilməməsinə gətirib çıxarır. Buna görə də zəifeşidən uşaqların həm oxusunda, həm dəyazısında leksik, qramatik və fonetik səhvlər özünü göstərir.

Şəbnəm Əsgərova

Narınc Uşaq Psixologiya Mərkəzinin defektoloq-loqopedi

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!