UŞAQLARIN HEYVAN SEVGİSİNİN ONLARA TƏSİRİ.

İlk öncə dünyaya uşaq gətirdiksə onun məsuliyyətini də dərk etməliyik,cəmiyyətə şəxsiyyət yetişdirməli olduğumuzu unutmamalıyıq.Şəxsiyyət kimi yetişdirə bilmək üçün də,onun yalnız cismani sağlığına deyil, həmçinin ruhi sağlığına da diqqət yetirməliyik.Ruhi sağlıq deyərkən isə uşağın psixoloji vəziyyətini nəzərdə tuturuq.Uşağın psixoloji durumunu düzgün şəkildə formalaşdırıb istiqamətləndirsək və onu inkişaf etdirsək bu zaman ortaya ürəkaçan mənzərə çıxacaqdır. Uşağın həmişə ən çox ehtiyacı olan tək şey ona yetəri qədər sevginin göstərilməsidir.Bir haldaki,yaranan problemlər hamısı sevgi doyumsuzluğundan yaranır,nəyə görə də onları bundan məhrum edək? Biz ki onlar üçün problemsiz bir gələcək vəd etmək istəyirik.Lakin sevgi deyəndə yalnız bizim onlara ötürdüyümüz sevgi nəzərdə tutulmamalıdır,eyni zamanda uşaqlara heyvanlar vasitəsilə də sevgi ötürülməlidir.Bəli,düz oxudunuz.Məhz heyvanların da bu sahədə müstəsna rolu vardır.Evdə saxlanılan heyvan uşağın sosiallaşmasına çox böyük təsir göstərir.Uşaq heyvana sevgi göstərir və onun qarşılığını heyvandan alır,bu zaman uşaq sevgini, sevməyi və onu paylaşmağı öyrənir. Lakin burada diqqətli olmalı olduğumuz bir məqam da var.Uşaqlara heyvanların, istədiyimiz zaman alıb sata biləcəyimiz,tərk edə biləcəyimiz bir oyuncaq olmadığı düşüncəsini ötürməliyik.Əks təqdirdə isə uşaqda mənfi keyfiyyətlər formalaşa bilər,o heyvanı istədiyi zaman vurar,tərk edə bilər.Bu isə uşaqda ən əsası aqresiyyanın təməlini qoyar,sevgidən məhrum qalmış cılız bir şəxsiyyət kimi formalaşdırar. Ona görə də uşaqlara, heyvanlar onların dostuymuş kimi sevgi göstərməli,onları incitməməli olduqlarını fikrini aşılamaq lazımdır.Bəlkə də düşünəcəksiniz ki, uşaq heyvandan nə sevgi öyrənəcək? Bunu belə izah edərdimki,uşaq heyvanı tumarlıyır,ona toxunur,oynayır, bu zaman heyvan ona qarşılıq verir.Uşaq bu zaman öyrənir ki,qarşılıqlı sevgi, nəvaziş olur,onu büruzə vermək lazımdır,sevgiye sevgiylə cavab vermək lazımdır. Ev heyvanlarından götürək elə -iti. İt sadiq heyvan olduğundan uşağa da sadiqliyi,mərhəmətliliyi təlqin etmiş olur.Uşaq itlə zaman keçirə-keçirə sevgi dolu,şən,mərhəmətli olur,özünü yalnız hiss etmir.Onun qayğısına ehtiyacı olan bir canlının olduğunu anlayır,ona öz sevgi ve nevazişini göstərir.Demək bir it, uşaqda mərhəməti,sadiqliyi,sevgi və diqqəti formalaşdırdı.Bu keyfiyyətlərdən əlavə uşaqda ən mühüm keyfiyyətlərdən biri olan məsuliyyət hissi də formalaşır. Belə ki, o heyvanı bəsləyir,onu qidalandırır,ona sığınacaq verir,diqqət göstərir.Bunlar da uşağın məsuliyyətli biri kimi formalaşmasına kömək edir.Ondan asılı olan,ona ehtiyacı olan bir canlının məsuliyyəti bugün uşağı tətikləyirsə,deməli həmin uşağın şəxsiyyəti düzgün formalaşmağa başlayıb və biz də uşaqla birgə düzgün yolda addımlayırıq.

Bugünün məsuliyyətli uşağı,sabahın şəxsiyyətidir!

Heyvan vasitəsilə uşaq həmçinin paylaşmağı öyrənir.Belə ki uşağın heyvanla zaman keçirməsi onun dostları ilə də münasibətlərinə çox kömək olur,uşaq sosiallaşır,dostları ilə də gözəl ünsiyyətə girir və onlarla gözəl zaman kecirdir.

Hazırladı: Narınc Könüllü qrupunun üzvü – OSMANLI BƏYİMXANIM

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!