Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Uşaqlarla qrup Terapiyası

Qrup-müəyyən bir məqsəd üçün bir yerə toplanan ikidən çox insan topluluğudur. Qrup bir ayna, bir başqa anlatımla sosial həyatın bir yansımasıdır. Qrup psixologiyasının məqsədi:

Şəxslərarası münasibətlərin formalaşdırılması və inkişaf etdirilməsi
Üzvlərin duyğu, dəyər və tutumlarını paylaşması
Hər bir üzvün davranışındakı məqsədlərin analizi
Yardım alıb-yarım etmə bacarığı
Qrup içində yeni həll etmə yolları
Özünü və başqalarını qəbul etmə
Qrupla psixoloji görüş şəxslərarası münasibətlərin inkişaf etdirilməsini hədəfləyən, üzvlərin duyğu, dəyər və tutumlarının üzərində işlənildiyi kimi, ayrıca hər bir üzvün davranışsal məqsədinin gerçəkləşdirilməsinə bir psixoloq (qrup lideri) tərəfindən professional yardım etmə xidmətidir. Bu xidmət etmə müddəti elə bir işdir ki, bu müddətdə qrup üzvləri onları anlamayan, narahat edən mövzuları müzakirə edir, davranışa yönəlmiş məqsədləri anlayıb, lazımlı sosial bacarıqları qazanırlar, yeni davranışlarpöyrənirlər,ssyaşantılarınıszənginləşdirirlər. . Qrup üzvləri yardım alıb-verməyi qrup içində öyrənirlər. Belə ki, bir görüşdə qrup üzvü A bir problemi gətirir, bütün qrup üzvləri onu dinləyir, bənzər yaşantı keçirənlər paylaşır. Bu mövzuda qrupı üzvü A- yardım alan, digər üzvlər də yardım verən durumundadırlar. Bir başqa görüşdə qrup üzvü D-yardım alan, digər üzvlər də yardım verən durumundadırlar. Beləcə, yardım alan şəxs bir başqa görüşdə yardım edən şəxs rolunu alır. Beləliklə qrupla psixoloji yardım və görüşlər yardım alıb-vermə şəklində xidmət göstərir. . ş Qrup içində yeni çözümlər kəşf edilir, çünki qrupda üzv sayı qədər çözüm alma vasitəsi də yüksəkdir. Burda edilən paylaşımlar sonunda qrup üzvü özünə uyğun bir çözümü mənimsəyə bilir. Özünü və başqalarını qəbul etmə yenə qrup içində öyrənilir. Məs: olumlu və ya olumsuz xüsusiyyətləri ilə fərdin dəyərli olduğu inamı ilə qrup müddəti içində özlərini və digərlərini qəbul etməyi oyrənirlər. Qrupla psixoloji iş bitirilməmiş işlərin bitirilməsi üçün üzvlərinə ortam, şərait yaradır. Başqa sözlə insanın həyatında olumlu ya da olumsuz dilə gətirə bilmədiyi bir çox duyğu, düşüncə indiki yaşamına son dərəcə təsir edir. Beləliklə ifadə edilməyən bu duyğu və düşüncələrin ifadə edilməsi yenə qrupla psixoloji görüş ortamında mümkün olur. Ayrıca qrup içində üzvlər gizli güclərinin fərqinə varırlar.Eyni zamanda özlərini qrup içində tanıma fürsəti yaxalayırlar. Qrupla psixoloji görüş ortamında üzvlər fərdi ayrılıqların fərqinə varırlar. Özlərindən xaric daha başqa xüsusiyyətlərə sahib ola biləcək şəxslərin də var olduğunu görüb-öyrənirlər. Beləcə bir çox şeyi xos qarşılamaq iqtidarında olurlar. Hər kəs “mənimlə eyni şəkildə düşünməməlidir” iddiaları qrup içində formalaşır. Şəxslərarası sürtüşmələrin yaşandığı bu dünyada insanların olqunlaşması, dünyanın “ağ-qara”dan ibarət olmadığı, “boz”ların da varlığını qəbul etmələri, ya da qarşısında olanın da qəbulu qrupla psixoloji görüşmə ortamlarında həyata keçir. . . . İnsanlar cəmiyyət içində hər hansı şəkildə qruplar içində yaşayırlar. Şəxsin özünü rahat, dəstəkləyici, içindən gəldiyi kimi olması qrup müddəti boyu öyrənilənlərin sosial həyata köçürülməsi daha asan olur. Çünki, qrupla psixoloji görüş müddəti qrup içində inkişaf edir. Daha dolayı yolla burada öyrənilənlərin sosial həyata köçürülməsi daha asanşolur. . Qrupla psixoloji görüş zamanı üzv sayı qədər həll yolu ola bilir. Yardım alan üzv özünə uyğun həlli yolunu mənimsəyir. Təbiidir ki, bu həlli yolları qrup üzvlərinin nəsihət verməsi kimi anlaşılmamalıdır. Qrup üzvləri deyilənlərə bənzər vəziyyətləri yaşayıblarsa nələr hiss etdiklırini, necə bir həlli yolu tapdıqlarını qrupda paylaşırlar. Beləcə yardım alan üzv də özünə uyğun həlli yolunu seçə bilər. Qrupla psixoloji görüşmə ortamında üzvlər özlərini tək-tənha hiss etməzlər. Anladılan bir hadisəni, bir duyğunu qrupdakı bir digər üzv yaşamışsa paylaşır ya da qrup liderinin göstərişi ilə paylaşılır. Beləliklə, qrup üzvləri anlatdıqları hadisə ilə bağlı özlərini tənha hiss etmədikləri kimi , “bu digərinin başına gəlmişsə demək normal qarşılaya bilərəm” deyə düşünürlər. Beləliklə, hadisəni fəlakətləşdirmək yerinə normallaşdırmış olur. Qrup üzvləri sosial cəmiyyətdə,yaşamlarında necə davranırlarsa, qrup içində də elə davranış sərgiləyirlər. Qrup lideri bunu bilib duruma müdaxilə etməli və ya şəxsin özü diqqət etməlidir. Ş Qrupla psixoloji iş vı ya ortam üzvün icində yaşadığı dünyanın bir kiçik modelidir. Şəxs çol dünyada nece yaşayırsa qrup içində də elə davranır. Ancaq,qrupla psixoloji danışmaya üzvlərin yeni davranışlar öyrənmək üçün gəldiyi də məlumdur. Həm ümumi məqsəd, həm davranış yönümlü məqsəd olaraq qrup içində yeni davranışlar öyrənən fərdin çöl yaşantısı da dəyişir. Qrup üzvü öyrəndiyi yeni davranışları sosial yaşama transfer edir. Beləliklə, şəxsin çöl dünyası dəyişir. Hər şey dəyişim içindədir. Dəyişməyən tək şey vardır o da dəyişmənin özüdür. Hər şey bir-birinə təsir edir. Duyğularının nə olduğunu anladan və fərqinə varan üzvlər özlərini qəbul etməyi, gizli gücləri tanımağı və onları istifadə etməyi, anlamlı məqsədlərə yönəltməyi, yeni davranışları ortaya qoymağı öyrənirlər. Bu öyrənmələrin xülasəsi olaraq, özlərinə daha çox güvənir, ayaqları üzərində durur və problemin həlli yolunu oyrənir.

Narınc Uşaq Psixologiya Mərkəzinin Mütəxəssisi Lalə Ələkbərova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!