Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Böyümək və ya böyüyə bilməmək

Böyümək nədir? Boyun uzanması, bədənin inkişaf etməsi, oğlanlarda üzün tüklənməsi, səsin qalınlaşması və s. Bəzən bu yetkin bədənin içində bir uşaq yaşayır və insanlar beləsinin zahiri görünüşünə aldanıb yetkin kimi rəftar edərək ona iş tapşırır,üzərinə məsuliyyət yükləyir,əmanət verir, amma qarşı tərəfin ruhu hələdə uşaq qaldığından çox yüklənən yükü qaldıracaq gücə sahib olmur.

Böyümək uzunmüddətli ve çox tərəfli bir prosesdir.Böyümək deyəndə fiziki cəhətdən böyüməyi nəzərdə tuturuq,amma böyümək həm psixoloji,həm də sosial cəhətdən inkişaf etmək deməkdir.Bizə məlumdur ki,fiziki inkişaf özünü yeniyetməlik dövründə daha əsaslı şəkildə göstərir,lakin insanın bədəni inkişaf edirsə,bu o demək deyil ki,bu müddətdə onun ruhu və zehni də inkişaf edir.

Uşağın fiziki ve psixoloji inkişafinda oyunun rolu mühüm rola malikdir. Uşaqlar oyun vasitəsi ilə bir-biriləri arasında ünsiyyət qurur, yeni dostlar,tanışlar qazanırlar. Uşaqlar eyni zamanda oyunun köməyi ilə dostlarını tanıyır, onların sevdikləri və ya sevmədikləri xüsusiyyətlərini öyrənirlər. Uşaqlar həmçinin başqalarına hörmət etmək, səbirli olmaq, stressdən yaxa qurtarmaq, problemləri həll etmək və liderlik kimi xüsusiyyətləri də oyun vasitəsi ilə əldə edirlər. Oyundan kənarda qalma uşaq üçün psixoloji baxımdan travmaya çevrilə bilər. Belə uşaqlar yaşıdlarına qarşı daha təcavüzkar olurlar. Deməli,uşaqlarda inkişaf kiçik yaşlarından başlamalıdır.Müəyyən yaş həddinə çatanda belə uşaqlar öz artıq-əksik cəhətlərinin,bacarıqlarının,bir sözlə,özünündaha sonra da ətraf mühitin,insanların,dünyanın və dünyaların fərqinə daha tez varması ilə nəticələnir.

Böyümək arzu,istək və impulslarını hər şeyə rəğmən idarə edərək bədənə söz keçirə bilmək deməkdir.Bəzən isə böyümək deyəndə təkcə ətrafımızdakı insanların istəyi ilə hərəkət etməyi nəzərdə tuturuq.Məsələn:Bir çox uşaqlar ictimai köləlik şəklində öz həyatlarına davam edirlər.Belələri hər hansı bir qrupa daxil olub,öz şəxsiyyətini bu qrupun içərisində əridir,yoxa çıxardır,addımları,sözləri və hərəkətləri ilə bu qrupun tələblərini yerinə yetirməyə çalışır və bəzən: “Qrup bunu məndən gözləyir axi!”-deyib hətta heç vaxt etməyəcəyi işləri belə edir.Əlbəttəqrupun üzvü olmağın insan şəxsiyyətinin inkişafında müsbət rolu var amma qrupun üzvü olmaqla onun köləsi olmağı başqa-başqa qiymətləndirməliyik.Ən doğrusu,insanın daxil olduğu qrupun içərisində öz varlıq və şəxsiyyətini qoruyub saxlamasıdır.

Böyümək söz,davranış və hadisələrin səbəb və nəticələrini,deyilənləri və deyilməyənləri anlamaq deməkdir. Əlbəttə ki,buda uşaqlıq yaş dövrünə əsaslanır.Valideyinlər bilməlidir ki,4-5yaşlı uşaqların inkişafı üçün süjetli,rollu oyunlara üstünlük verilməlidir.Belə oyunlar uşaqlarda təlabatın ödənilməsi,yaşlılarla daha düzgün ünsiyyətin saxlanılması,ətrafdakı insanların müsbət cəhətlərini özlərinə götürmək,həyatı başa düşmək,situasiyaya uyğun hərəkət etmək, məsələlərə düzgün şəkildə yanaşmaq kimi bir çox müsbət xüsusiyyətlər formalaşdırır.Bununla yanaşı uşaqlarda kiçik yaşlarından kitaba maraq doğurmaq lazımdır,çünki böyümək kitabları,insanları,kainatı oxumaq deməkdir.Hər bir valideyn öz uşağına örnək olmalıdır,böyüklərin sözü ilə əməli eyni olmalıdır ki,uşaqlar onlardan nümunə götürsünlər. Ən böyük səxsiyyətlərdən başlayaraq bütün böyüklərdən örnək götürməkdi əslində böyümək.

Böyümək tənbəlliyi mükafatlandırmadan,ömrü bada vermədən və heç nə gözləmədən əlindən gələn qədər gözəl işlər görmək,bir sözlə,hərəkət etmək deməkdir.
Böyümək həyatın çətinlikləri qarşısında təslim olmayıb mübarizə aparacaq gücə yiyələnmək və yıxılmamaq deməkdir .
Böyümək səhvləri – doğrunu,şərinən -xeyri, ayırmağı bacaran öz səhvləri üzərində işləyib bunları aradan qaldıran şəxsdir.
Böyümək kainat,insanlar, problemler, onların həlli görüləcək və görülməli tədbirlər haqqında düşünməkdir.
Böyümək hər şeyin dərhal düzəlməyəcəyini bilmək və əlindən gələni edəndən sonra lazımı vaxtacan gözləyə bilmək deməkdir.
Böyümək az iş görməklə parlaq nəticələr qazanmaq üçün planlar qurmaq və sabaha çıxa bilməyəcəcəyini bilsə də, gözəl işlər görməyə hazırlaşmaq deməkdir.
Böyümək üzərində zəhməti olan kəslərin razılığını qazanmaq və hüquqlarına riayət etmək deməkdir.
Böyümək hər şeyin dərhal düzəlməyəcəyini bilmək və əlindən gələni edəndən sonra lazımı vaxtacan gözləyə bilmək deməkdir.
Böyümək kimlərəsə arxalanmadan uzun illərdən bəri özünün qoyduğu sağlam təməlin üzərində dayanmaq deməkdir.
Əlbəttə ki,insan dərhal yox tədricən böyüsə də,illərlə gedən bu böyümə prosesinə bezən heç ömür də kifayət etməsə də, əsas məsələ insanın artıq özünü uşaq hesab etmədiyi vaxtdan etibarən böyüməyə çalışması,böyükləri görməsi və böyüklüyü öyrənməsidir.Belə olmasa evlilik evcik-evcik oynamağa,iş qaçdı-tutduya,həyat da gözbağlıca oynamağa dönər və ömür sona çatmadan oyun sona çatar.

Narınc Könüllü qrupunun üzvü: Əliyeva Şəbnəm

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!