Uşağa xərcliyin düzgün verilməsinin psixoloji təsiri

Böyük yaşlarda puldan doğru istifadə etmə,balaca vaxtlardan öyrədilən vərdişdən çox aslıdır.Ailələr uşaqlarına xərclik verərkən özünü nəzarətdə saxlamalı və konkret mövqeləri olmalıdır.Xərclik yaxşı bir hərəkətə mükafat və ya hər hansı öhdəliyində olan işinə ödəmə deyildir.Xərclik uşağa seçməyi,məsuliyyət hissi daşımağı öyrətmək üçün vasitə olmalıdır.
Pul qazanmaq nə qədər vacibdirsə,pul xərcləmək də o qədər vacibdir.Uşaqlara verilən xərcliklər,yeniyetmə yaşında pulu necə xərcləməyi öyrədəcəkdir.Bəzən ana-atalar özləri yoxsulluq içində böyüdüklərini düşünərək “bizlər görmədik,yeyib-içmədik”deyərək uşaqlara çoxlu xərclik verirlər.Belə hallar uşağın doyumsuz olmağına gətirib çıxaracaqdır.
Uşağa 10 yaşdan artıq həftəlik xərclik verilməlidir və ailənin büdcəsinə uyğun seçilməlidir.Uşağa normadan az xərclik də verilməsi düzgün deyil.Belə olan halda dostları ilə özünü müqayisə edərək özünə güvəni azalar.
Uşağa heç xərclik verilməsi də düzgün deyildir.Xərclik uşaqda pula doğru istifadə etməyi öyrətmir,həm də onda məsuliyyət hissini inkişaf etdirir.Uşağa xərclik verildikdə o özünü bir şəxsiyyət kimi dəyər verildiyini öyrədir.
Narınc Uşaq Psixologiya Mərkəzinin Psixoloqu
Könül Dəmirova
dushunce.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!