Uşaq bezləri

Texnologiyanın inkişafını nəzərə alsaq, əvvəllər ana olmaq daha çətin idi deyə bilərik. Buraya təkcə yeni çıxan elektronik avadanlıqlar daxil deyil. Söhbət anaların həyatını yüngülləşdirən uşaq bezlərindən gedir.
Yaxın keçmişdə analar uşağı bələyəndə, gəzməyə aparanda və tualetə getməyi öyrənənə qədər parça bezlər işlədiblər. Artıq neçə illərdir ki, hazır uşaq bezləri satılır. Bu bezlər analara «nəfəs almağa imkan versə də», maddi cəhətdən ailənin büdcəsinə ziyan verir. Bəziləri bezlərin uşaq sağlamlığı üçün zərərli, bəziləri isə heç bir zərərin olmadığı iddia edir. Xüsusən də yaşlı nəsil bezlərin əleyhinə çıxır. Amma bezlər elə hazırlanıb ki, onların körpənin dərisinə dəyən hissəsi quru qalır, dəri nəmişliyə məruz qalmır.
Bezlərin oğlan uşaqlarında sonsuzluğa səbəb olduğunu fikirləri də tez-tez səslənir. Belə fikirlər çox səslənsə də, dəlilərlə hələ sübut edilməyib. Bu sonsuzluq halları birdəfəlik bezlərdə deyil, məhz adi tənzif bezlərdə böyüyən kişilərə də aid edilir. Birdəfəlik bezlərə qarşı səslənən daha bir irad uşaqların güvəcə (rus dilində — qorşok) gec alışmasıdır.
Əslində, bu, bezlərlə əlaqədar deyil. Paltarının yaş olduğunu hiss etməyən uşaqda lazımi refleks sönür — o, sidiyə getmək istədiyi siqnalını verə bilmir. Amma bu o demək deyil ki, uşaq özünü idarə edə bilmir. Sadəcə, uşaq güvəcə normal vaxtından 2-3 ay gec öyrəşir. Əgər bu, valideynləri narazı salırsa, onda uşaqlara birdəfəlik bezləri yalnız axşamlar geyindirmək məsləhət görülür. Yəni gündüz vaxtı uşağı güvəcə alışdırmaq olar. Heç bir daxili orqan bezlərdən əziyyət çəkmir.
Amerika və Qərbi Avropada 30-35 ildir ki, birdəfəlik bezlərdən istifadə edilir və ciddi zərəri hələ ki, aşkar edilməyib. İllər keçdikcə bez istehlakçıları daha keyfiyyətli bezlər istehsal etməyə nail olurlar. Bezlər daha təbii materiallardan hazırlanır və tərkibinə uşaq dərisini incitməyən maddələr vurulur, çəki isə əvvəl çıxan bezlərlərlə müqayisədə çox yüngüldür. Bir bezin çəkisi təxminən 50 qramdır.
Bezlərin lazım olduğundan artıq istifadəsini və keyfiyyətsiz olduğunu nəzərə alsaq, uşağa mənfi təsiri qaçılmazdır. Mütəxəssislər bezlərin 3 saatdan bir dəyişdirilməli olduğunu söyləyir. Bezlər hər yaş qrupuna uyğun alınmalıdır, həm də uşağın hansı çəkidə olması da nəzərə alınmalıdır. Körpələr tualetə getməyi vərdiş etdikdən sonra bezlərdən ancaq gəzməyə çıxanda və gecələr qoyulmalıdır.
Gənc analar bezlərdən düzgün istifadə edə bilmir. Bu barədə heç bir məlumatınız yoxdursa, narahat olmayın!
Uşağın dərisininin hava keçirməsinə mane olmamalı, quru saxlayan və səpdirməyən bezlər alınmalıdır. Kağız ya da pambıq bezlərə üstünlük verilməlidir.
Uşağı bütün gün eyni bezdə saxlamaq olmaz.
Yalnız keyfiyyətli bezlərdən istifadə edilməlidir.
Gündə bir neçə saat uşağın yumşaq yeri havaya verilməlidir.
Bəzən yumşaq yerə krem vurmalıdır.
Uşaq hər gün çimizdirməli və ya yuyulmalıdır.
Dərisi bişərsə:
Uşaqlarda bakteriyaları öldürmək üçün hər şeydən əvvəl əllərinizi yuyun. Uşağın bezini dəyişdirərkən yerə dəsmal ya da alt dəyişdirmə örtüsü sərin.
Çirkli bezi uşağın əynindən dərhal çıxarın. Kənarlarını bağlayıb paketə qoyub atın.
Uşağın arxasını diqqətlə silin. Qız uşaqları genital bölgədən axraya, oğlan uşaqlarını isə cinsəl orqanlarını sonra arxasını silin. Oğlan uşaqlarının cinsiyyət orqanı yaxşı silinməlidir. Hər dəfə salfetin təmiz tərəfi ilə silməyə diqqət göstərilməldir.
Nəm salfetlə sildikdən sonra quru dəsmalla silin, ya da qurumağını gözləyin.
Körpənin ayaq biləklərini tutaraq yavaşca iki yana ayırın. Sonra təmiz bezi uşağın qarnını sıxmayan formada yerləşdirin və yapışqan bantları yapışdırın.
Dəyişdirdikdən sonra əllərinizi yuyun.
Birdəfəlik bezlərdən körpənin qarın problem olarsa, istifadəsi bir müddətlik dayandırılmalıdır.
Yalnız gigiyenik sertifikatı olan keyfiyyətli bezlər alın. Keyfiyyətsiz bezlər dəri zədələnməsinə səbəb olur. Həmçinin qənaət etmək məqsədilə uşağı eyni bezdə uzun zaman saxlasanız, yenə də dermatit əmələ gələ bilər. Amma bəzi uşaqlarda keyfiyyətli bezlərdən istifadə edildikdə belə dermatit müşahidə olunur. Uşağın dərisi bezin hazırlandığı materiala reaksiya verir. Bu zaman bezlərdən istifadə qadağandır. Amma belə uşaqların sayı çox azdır.
Uşaq bezlərinin üstnüdə əyləncəli və rəngli fiqurların da olması vacibdir. Çünki oyuncaqları sevməyən uşaqlar yoxdur. Təcrübəli analar, sevimli fiqurların və rənglərin uşaqların üçün nə qədər əhəmiyyətli olduğundan xəbərdardır. Körpələrin əl və ayaq hərəkətləri inkişaf edəndə, bezlərini çıxarmaq üçün çalışdıqlarını görəcəksiniz. Körpələr bezi xoşlamadığı üçün deyil, çılpaq qalmağı çox sevdiyi üçün çıxarmağa çalışırlar. Bezin üstündəki oyuncaq şəkilləri isə körpələri bezi mənimsəməyini asanlaşdırır.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!