Uşaqlarda özgüvən problemləri

Özgüvən nə deməkdir?
Özgüvən bütün insanlar üçün çox önəm kəsb edən duyğudur.Özgüvən insanın özünə və ətrafındakıların onun üçün verdiyi qiymətdən asılıdır.Özgüvən elə bir duyğudur ki, uşaqlıq dövründən artıq formalaşmağa başlayır.
Uşaqlarda özgüvənin inkişafına nələr təsir edə bilər?
Özgüvənin inkişafında xüsusi ilə uşaqlıq dövrünün ilk 3-4 yaş arasındakı ana-atanın uşağa təsiri, uşagı necə yetişdirməsi ,uşağın özü haqqında fikirlərinin yaranması da özgüvənin yaranmasında son dərəcə önəmlidir.Daha sonra dostları və sosial əhatəsindən aldığı reaksiyalarda önəmli rol oynayır.Uşaq əhatəsindən aldığı reaksiyaların nəticəsində özünə qarşı müsbət və ya mənfi fikirlər yaradır.Uşaqlar bəzən dostları və sosial əhatesi tərəfindən müəyyən haqsızlıqlara və bir növ itələnmələrə məruz qalırlar.Bu zaman bu cür rəftarla qarşılaşdığı zaman uşağın verəcəyi reaksiya uşağın daha öncə ailəsi tərəfindən aşılanan güvən duyğusunun yetəri qədər olub olmaması ilə əlaqədardır.(Mötərizdən evvelki cumlə sehf yazılıb – Bu cür rəftarlarla qarşılaşdığı zaman uşağın verəcəyi reaksiya, uşağın daha öncə ailəsi tərəfindən aşılanan güvən duyğusunun yetəri qədər olub olmaması ilə əlaqədardır ) Yəni ki ,uşaq öz ailəsində yetəri qədər sevilir və qiymətləndirilirsə ətrafdan gələn mənfi təsirlərdən çox da təsirlənməyəcək ,təsirlənsə belə bu qisa müddətdə öhdəsindən gələcəkdir.Ama sevildiyini hiss etməyən,gözlədiyi yaxınlığı və münasibəti görməyən, onu başqa uşaqlarla müqayisə edən bir ailədə olan uşaq daim özünü dəyərsiz hiss edir və özgüvəni əksik böyüyər.Təbii ki belə uşaqlar daim ailəsində,sosial əhatəsində məktəbində hər zaman müxtəlif problemlərə səbəb olur. Özgüvəni əksik uşaqlar öz duyğularında,qərarlarında və sosial əhatəsində çətinliklər yaşayırlar.(Özlərini hər zaman ətrafındakı insanlardan daha gücsüz zəif hiss edirlər ki, buda onlarda iradənin, özgüvənin yox olmasına getirib çıxarır.) Bu vəziyyət daha çox məktəbdə uşağın həyatının digər istiqamətlərinə təsir edir.Bu zaman uşaq müxtəlif istiqamətdə reaksiyalar göstərir ki ya hər bir şeyə qapalı olur, ya çəkingən olur,ya da ünsiyyət qurmaqda çətinlik yaşayır və yaxud aşırı aqressiv hər bir şeydə problem yaradan davranışlar göstərir.
Yuxarıda dediyimiz kimi uşaq iki istiqamətdə göstərə bilər öz güvən əksikliyini.
Uşağın özgüvən əksikliyinin göstəriciləri:
Birinci göstəricilərə ana-ataya bağlılıq,utanqac və özünə qapalı,hər hansı sosial əhatəyə girməkdə cətinlik yaşayan,digər yaşıdları ilə ünsiyyət qurmaqda problemlər yaşayan,gec adaptasiya olan,özünü aşagı görən,hər hansı iş tapşırıldıqda o işi bacarmayacagından hər zaman qorxan, daim etrafındakı insanlara özünü təsdiq etmək istəyən və s. hallar daxildir.
İkinci göstəricilərə aqessiv,əsəbi,ətrafındakılarla heç dil tapmayan,tez- tez məktəbdən qaçan,məsuliyyət götürməyən,yalan danışan,hər zaman sevilib sevilmədiyini soruşan, hamıdan mütləq kömək istəyən və s.hallar daxildir.
Hər iki göstəricilər önəmlidirlər .Lakin ikinci göstəricilərə sahib uşaqlar ətrafdan diqqət çəkdikləri üçün hər zaman daha problemli uşaqlar kimi dəyərləndirilir və ailəsi və müəllimləri tərəfindən daim cəzalandırılır. Birinci göstəriciyə malik uşaq isə heç kimi narahat etmediyi üçün bəzən görməzdən gəlinir bu isə daha özgüvənin aşagı düşməsinə səbəb olar.
Özgüvənin tam olması niyə önəmlidir?
Uşağın özünü yaxşı hiss etməsi,işində müveffeqiyətli olması,öz həyatından razı qalması üçün özgüvənə daim ehtiyacı olur.Özgüvənli uşaqlar gələcəyin özgüvənli valideynləri olacaqdır.
Özgüvənli övlad böyütmək üçün ana-ataya məsləhətlər:
1 Evdə hər kəs bir-birinə güvəndiyini hiss etdirməli belə bir ailədə böyüyən uşaq hər hansı bir problem yaşadığı zaman çox asandlıqla ailəsi ilə problemini paylaşar.
2 Uşagınızın həm bacarıqlı olduğu həm bacarıqsız olduğu yönlərini demək və qəbul etməsini göstərmək.
3 Davranışınız ilə ona nümunə olun.Uşaqda görmək istədiyiniz davranışları başqaları ilə göstərməyin.Siz ona və ya ətrafdakılara necə davranacaqsınızsa uşaqda elə davranacaqdır.
4 Övladlarınıza məsuliyyət verin.Uşağa güvənib məsuliyyət verilən uşaq özünü hər zaman önəmli hiss edir.
5 Onun hər bir şeyinə diqqət yetirdiyinizi və dəyərləndirdiyinizi göstərin.Kiçikdə olsa uşağın etdiyi gözəl və düzgün davranışlarıını dəyərləndirin.
Ayşən Rza
Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!