Ana südünün davamlılığını necə tənzimləməli?

Bəzi hallarda uşaq ana südündən doymur. Bunu dəqiq təyin etmək üçün xüsusi üsullar var (bu haqda “Uşağa ana südü çatırmı?” məqaləsində məlumat ala bilərsiniz).
Bir çox hallarda bunun səbəbi əmizdirmənin düzgün təşkil edilməməsindədir.
Laktasiyanın gücləndirilməsi üçün mütəxəssislər bu kimi məsləhətlər verir:
-Bir çox hallarda uşağın doymamasının səbəbi ondadır ki, uşaq ananın süd vəzisini düzgün tutmur və nəticədə ona lazım olandan az süd əmir. Beləliklə uşaq ac qalır. Ananın orqanizmi isə “siqnal” alır ki, südü daha az miqdarda ifraz etmək lazımdır. Vaxt keçdikcə süd daha az miqdarda ifraz olunur ki, bu nəticədə laktasiyanın tamam dayanmasına səbəb ola bilər. Uşağın normal əmməsi üçün onun ağzında tək döşün giləsi deyil, gilə ətrafında olan dairə da olmalıdır.

Uşaq rejimlə deyil, özü istədiyi vaxtda əmizdirilməlidir. Rejimlə əmizdirilmə südün azalmasına səbəb ola bilər. Süd azdırsa, uşağı daha tez-tez əmizdirmək lazımdır. Bunun nəticəsində ananın süd vəzilərində süd daha çox miqdarda “istehsal olunur” ki, laktasiya da güclənir. Ana südü uşaq orqanizmi tərəfindən çox asan mənimsənilir və bu səbəbdən əlavə qidalandırılmalar ona heç bir mənfi təsir etmir.

Süd azdırsa, əmizdirmələr arası südü sağın. Bunun nəticəsində ananın orqanizmi daha çox miqdarda süd ifraz etməyə başlayır. Nəzərinizə çatdıraq ki, südü o vaxta qədər sağmaq lazımdır ki, onun miqdarı lazım olan səviyyəyə qədər artsın. Əks halda hiperlaktasiya inkişaf edə bilər.

Laktasiyanın normal olması üçün gecə əmizdirmələri (gecə ərzində 2 dəfədən az olmayaraq) çox vacibdir. Məsələ burasındadır ki, laktasiyanın hormonu olan prolaktin məhz gecə və səhər saatlarında (xüsusən saat 3.00 – 8.00 radələrində) daha çox miqdarda ifraz olunur.

Hər əmizdirmədə uşağa bir döşünüzü verin və digərini yalnız körpə birincisini tam “boşaltdıqda” verin. Süd yağsız və daha yağlı “hissələrdən” ibarətdir. Əmdikcə uşaq əvvəl yağı daha az olan südün hissəsini alır, daha sonra isə süd daha yağlı olur ki, nəticədə uşaq doyur. Əgər uşaq yağlı südünə çatmamış ana onu digər döşünə qoyarsa, bu halda uşaq doymayacaq və bundan əlavə onun mədə-bağırsaq sistemində problemlər yaranacaq.

Uşaq bir döşü tam boşaltdıqdan sonra ona mütləq digər döşünüzü verin.

Əgər uşaq yalnız ana südü ilə qidalanırsa, ona su, çay və digər mayeləri (ciddi zərurət olmadığı halda) verməyin. Bütün əlavə mayelər uşaqda yalançı “doyma” hissini yaradır ki, uşaq daha az miqdarda ana südünü əmir.

Ana südü ilə qidalanan uşağa əmzik verilməməlidir. Əmziyi əmən uşaq ananın döşünü də düzgün götürmür ki, nəticədə daha az süd əmir.

Laktasiyanı gücləndirmək üçün müxtəlif otlar və otlar qarışıqları istifadə olunur. Lakin mütəxəssislərin rəyinə görə, bu vasitələr daha çox müalicəvi deyil, psixoloji effeekt verir. Bundan əlavə mayenin normadan çox artıq qəbul edilməsi anada hətta südün azalmasına səbəb ola bilər.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!