Narınc Psixologiya Mərkəzinin Sumqayıt filialı üzrə “Yaş və İnkişaf Psixologiyası” şöbəsinin müdiri, psixoloq.
Bakalavr təhsili: Azərbaycan Dövlət Pedaqoji Universiteti. Təhsildə Sosial-Psixoloji Xidmət. (2013-2017)
Magistr təhsili: Bakı Qızlar Universiteti. Pedaqogika Tarixi və Nəzəriyyəsi. (2019-2021)
2014-2016-ci ilərdə Narınc Psixologiya Mərkəzinin “Təlim, təhsil və tədqiqat” şöbəsində könüllü üzv olaraq fəaliyyət göstərmişdir.
2017-2020 tarixlərində Narınc Psixologiya Mərkəzinin “İctimaiyyətlə əlaqələr” şöbəsində çalışmışdır.
2021-ci ildən etibarən isə hal-hazırki vəzifəsi üzrə fəaliyyətini davam etdirir.
Bu illər ərzində Narınc Psixologiya Mərkəzi tərəfindən həyata keçirilən, aşağıda adları qeyd olunan bir çox layihə və beynəlxalq konfransların təşkilində iştirak etmiş, aparıcı qismində çıxış etmişdir:
7-8 oktyabr 2017-ci il tarixlərində YAP Binəqədi rayon Təşkilatı, Ümumrusiya Peşəkar Psixoterapevtlər Liqası, ENM Psixologiya və Konsultasiya Mərkəzi, Narınc Uşaq Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan Psixi Sağlamlıq Simpoziumu.
9-10 iyun 2018-ci il tarixlərində AMEA Gənc Alim və Mütəxəssislər Şurası, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Narınc Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan “II Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı”.
23.12.2018 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçirilən“Tələbə Psixoloqların I Ümumrespublika Konfransı”.
16.03.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən həyata keçirilən “Psixologiya və İnsan Resurslarının İdarə edilməsi (Yeni yanaşmalar və Perspektivlər) Forumu.
09.06.2019 tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan“III Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı”.
11.11.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun və Narınc Psixologiya Mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçirilən, Zəfər Gününə həsr edilmiş “Qarabağ Azərbaycandır!” adlı tədbir.
2-3 aprel 2022-ci il tarixlərində Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan“V Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı” .
24-25 iyun 2022-ci il tarixlərində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq Neyropsixologiya Konfransı.