“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində ərsəyə gələn “Şuşanın 270 anı” filminin təqdimat mərasimi keçirilib. Qeyd edək ki “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri Xəzər televiziyasında yayımlanan “Təsir Dairəsi” verlişinin aparıcısı tanınmış jurnalist Lalə Azətaçdır. Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasimində Prezident Administrasiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, QHT-lərin, Medianın İnkişafı Agentliyinin nümayəndələri, telekanal və sayt rəhbərləri, deputatlar, jurnalistlər, tanınmış sənət adamları, ictimaiyyət təmsilçiləri, ümumilikdə 500 nəfər iştirak edib.
Filmin təqdimatında eyni zamanda Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, Phd Elnur Rüstəmov, Yıldız Teknik Universitetinin Eğitim fakultesinin dekanı Mehmet Engin Deniz və Doç.Dr.Seydi Ahmet Satıcı iştirak etmişdirlər.
Bu tədbirdə azərbaycan, rus və ingilis dillərində olan https://loveshusha.com saytının və “Şuşanın 270 anı” jurnalının təqdimatı olmuşdur. Layihə çərçivəsində hər 3 istiqamətdə ərsəyə gətirilən iş cəmiyyət və tədbirdə iştirak edənlər tərəfindən xoş rəğbətlə qarşılandı və bir daha mədəniyyət mərkəzi olan Şuşa ilə bağlı yaddaşımızı təzələdi.
Təqdimat mərasimində layihə çərçivəsində lentə alınan “Şuşanın 270” anı bədii-sənədli filmi haqqında da məlumat verilib. Vurğulanıb ki, ekran əsəri təxminən 50 nəfərlik yaradıcı heyətin səyi nəticəsində ərsəyə gəlib.
Bəli Şuşa Türk dünyasının mədəniyyət paytaxtı Qarabağın mirvarisidir.
Qarabağ Azərbaycandır!