Qazi Xəyyam Zeynalov 2016-cı il aprel döyüşləri və ikinci Vətən müharibəsinin iştirakçısı olmuşdur. O ikinci Vətən müharibəsi zamanı Kəlbəcərin azad olunması əməliyyatında minamyot mərmisindən ağır yaralanmışdır, 2-ci qrup əlildir. O bu döyüşlər zamanı ciddi psixoloji travmalar alıb, onun nəticəsidir ki, hal-hazırda bir çox problemləri var. Yuxu pozunuqluğu yaşayır, onunla bərabər əsəbi, stressi də çoxdur. Təltifləri: “Döyüşdə fərqlənməyə görə” medal, “Kəlbəcərin azad olunmasına görə” medal.
Müharibədən əvvəl Xəyyam Zeynalovun xidmətinin çoxu ön xəttə, müxtəlif hərbi hissələrdə keçmişdir. Qazimizin övladında isə sonradan yaranan nitq qüsurları və kəkələmə problemi var. Bu səbəbdən mərkəzimizə müraciət etmişdir. Həm qazimizin, həm də Zaman balamızın tezliklə sağlamlığına qovuşması üçün mərkəzimizdə əlimizdən gələni edəcəyik.
Allahdan Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa diləyirk!