EVİN BÖYÜK UŞAQLARININ PSİXOLOGİYASI

EVİN BÖYÜK UŞAQLARININ PSİXOLOGİYASI

Valideynlərdə çox zaman evin böyük uşaqlarının içinə qapanıq, sanki özündən kiçik digər bacı və qardaşını qısqanırmış kimi təəssürat yaranır. Qeyd etmək lazımdır ki, evin böyük uşaqlarının psixologiyası spesifikdir. Aprılan araşdırmalar göstərir ki, həbsdə  olan insanların yüzdə yetmiş faizi bir çox hallarda evin böyük uşaqları, digər faizi isə  daha çox daha siyasi, iqtisadi və s. sahələrdə uğur qazanan insanlar evin sonbeşik övladlarıdır. Bəs bu niyə belədir? Psixoloqlar bildirir ki, bunun ilk səbəblərindən biri uşaqlara böyük yaşa çatmamış  “evin böyük uşağısan “  fikrinin təlqin edilməsi və əlavə məsuliyyətlər yüklənməsidir. Belə ki, evin böyük uşaqlarına ailədə ilk övlad olduqları üçün xüsusi diqqət, qayğı və sevgi olur. Ancaq zaman keçdikcə ailənin böyüməsi və 2-ci, 3-cü uşağın dünyaya gəlməsindən sonra onların evin böyük uşağı adlandırılması, üzərinə məsuliyyətlər yüklənməsi müəyyən yaşa çatmamış sanki onların əyninə biçilmiş qəlibə dönməyə başlayır. Bu da onların psixologiyasına müəyyən mənada təsir edir. Beləcə zamanla yüklənmiş məsuliyyətlər artmağa başlayır. Məsələn: valideynlər evdə olmadıqda və yaxud özündən kiçik bacı və qardaşı oyun parkına getdikdə, onlara nəzarət yenə evin böyük uşaqlarına tapşırılır. Bütün bunlar onların gələcək həyatına da öz təsirini göstərir. Belə ki, bu uşaqlarda gələcəkdə özgüvənsizlik, ünsiyyət çətinliyi, özünə qapanma halları  özünü daha çox göstərir. Tövsiyə olunur ki, valideynlər uşaqlara belə ağır, yaşlarından böyük məsuliyyətlər verməkdən qaçınmalıdır. Digər tərəfdən onları danlamaq, aqressiya nümayiş etdirmək, güzəştlərə getməsinə məcbur etmək də düzgün addım deyil. Valideynlər məsuliyyəti təzyiq kimi deyil, nəzarət şəklində övladına aşılaya bilərsə gələcəkdə sadaladığımız problemlər yaşanmayacaq və bu uşaqların cəmiyyətə adaptasiya etməsi, sosiallaşması çətinləşməyəcək.

Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin rəsmi təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi , klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!