Hərfləri uşaqlara öyrətməyin yolları

“Hərfləri uşaqlara öyrətməyin yolları”

Kiçik yaşlı övladı olan valideynlərin əsas çətinlik mövzulardan biri də bağça və ya məktəbə yeni başlayarkən uşaqların hərfləri öyrənməsi, sərbəst şəkildə yaza bilməməsi problemidir. Bu mövzu ilə bağlı da müəllimlərə olduğu kimi, psixoloqlara da mütəmadi olaraq suallar ünvanlanır: “Necə edək ki, övladımız asan şəkildə hərfləri öyrənə və müstəqil şəkildə yaza bilsin”, “Öyrədirəm həmin gün yazır,ancaq səhəri gün unudur” və ya “Uşağın əlindən tuturam yazır, ancaq mən nəzarətsiz qoyduqda özü sərbsəst yazmaqda çətinlik çəkir, bunu necə düzəltmək olar” və s.

Vurğulamaq lazımdır ki, uşaqlar hər bir şeyi oyun kimi görür, bu ən çox diqqət ediləsi məqamlardan biridir. Məhz buna görə müəyyən yaşa qədər valideynlər yaxşı olar ki, onlara nəsə izah edəndə sanki bunu oyun oynayırmış kimi əyləncəli şəkildə etsinlər. Belə olan halda bu uşaqların diqqətini cəlb edəcək və maraqlı gələcək. Onlar əylənərək hərfləri, rəngləri və s. öyrənirlər. Mövzumuzla bağlı, yəni hərflərə gəldikdə isə bunu necə asan yolla uşaqlara öyrətmək olar? Belə ki, qeyd etdiyimiz kimi uşaqlar üçün hər şey oyun olduğu üçün hərfləri tanımağı, yazmağı da onlara bu şəkildə öyrətmək onlar üçün faydalı olacaqdır. Məsələn: hərfləri xətt-xətt çəkib birləşdirib onları rəngləyə bilərlər, hətta yaxşı olar ki, bu zaman valideynlər də bu prosesdə iştirak etsin, ya onlara kömək etsin, ya da daha yaxşı halda onlar da bir vərəq götürüb övladları ilə birlikdə hər mərhələni yerinə yetirsin. Uşaq bunu “ana-atam da mənimlə birlikdə oynadı, vaxt keçirdi” kimi dərk edir ki,  bu da məsələnin digər bir müsbət tərəfidir. Hərifi yazan, birləşdirən və rəngləyən zaman valideyn davamlı şəkildə həmin hərfin adını səsləndirməlidir və uşağa da təkrarlatmalıdır. Belə olduqda həmin hərifin adı da uşağın yaddaşında daha tez qalır və növbəti dəfə həmin hərifi görəndə tanımaqda çətinlik çəkmir.

Beləcə bu qayda ilə, yəni birlikdə əylənərək, səmərəli vaxt keçirərək uşaqlara nəyisə izah etmək, öyrətmək mümkündür.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!