Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“Şəhid Abıyev Vasifin qardaşı, şəhidimizin övladı üçün Narınc Rüstəmovaya müraciət etdi”

Abıyev Samir Vaqif oğlu qardaşı Şəhid Abıyev Vasifin yadigarı olan övladının problemləri üçün Narınc Psixologiya Mərkəzinə müraciət edib. Şəhid Abıyev Vasif İkinci Qarabağ müharibəsinə könüllü olaraq qatılmış və döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. O, 1986-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı 27 sentyabr 2020-ci ildə ordu sıralarına könüllü yazılıb. Füzuli və Xocavənd döyüşlərində iştirak edib. Qəhrəmanımız döyüş zamanı yaralanmasına baxmayaraq, öz döyüşçü yoldaşlarını mühasirədən çıxarmışdır. Vasif Abiyev oktyabrın 5-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid Abıyev Vasif ,1 dekabr 2020-ci ildə Lənkəranda dəfn olunub.

Şəhidimizin övladı, Vüsal balamıza atasının vəfatı pis təsir etmiş, psixoloji sarsıntı keçirmişdir. Onda stress, həyəcan-təşviş, özünə qapanma və depressiv hallar müşahidə edilir. Hadisələrə, ətrafında baş verənlərə ani reaksiyalar verir və həssas yanaşır. Bu kimi problemlərin aradan qaldırılması üçün əmisi Abıyev Samir Narınc Psixologiya Mərkəzindən yardım istədi.

Biz də Narınc Psixologiya Mərkəzi olaraq, Şəhidimizin övladına əlimizdən gələn bütün dəstəyi göstərəcək və tezliklə sağlamlığına qovuşması üçüç kömək edəcəyik. Uğurlu nəticəmizi tezliklə bölüşəcəyik!

Allahdan Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!