Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“Autizm spektr pozuntusu olan Rüzgar balanın terapiyasını Narınc Rüstəmova öz üzərinə götürdü”

Balamız İsmayılov Rüzgar Şəki rayonunda yaşayır və 3 yaşı var. Anası Əfsanə İsmayılova bildirir ki, övladının 3 yaşı olmasına baxmayaraq danışa bilmir, hətta adını çağırdıqda da reaksiya vermir. Rüzgar balada  autizm spektr pozuntusu müşahidə edilir. Bundan başqa onda diqqət yayınıqlığı, hiperaktivlik sindromu da vardır. Həmçinin danışa, özünü ifadə edə bilmədiyi üçün bu onda aqressiya çevrilir. Belə ki, balamızda aqressiya, daxili gərginlik və bunların fonunda da inkişaf geriliyi müşahidə edilir.

 Rüzgar balamız kimi nitqi passiv qalan uşaqlarda yanaqları da danışa bilmədikləri üçün passiv qalır və ordakı əzələlər işləmir. Belə uşaqların yanaqları ətli olduğu üçün onlara  “xəmir yanaqlı” uşaqlar da deyilir. Rüzgar balamız da bu tip uşaqlara aiddir və ona xüsusi loqopedik masajlar, gimnastikalar, dil masajları, əzələ və artikulyar gimnastikalar etmək lazımdır ki, nitqləri bərpa olsun.

Rüzgar balamıza ilk öncə, sadecə Narınc Psixologiya Mərkəzində olan Amerika Hiperaktivlik və diqqət əskikliyi testini tətbiq edib, onda bu sindromun dərəcəsini təyin edəcəyik. Bu proseslərdən, dəyərləndirmələrimizi apardıqdan sonra Rüzgar balamıza xüsusi bir terapiya  proqramı tətbiq edəcək və bu proqram əsasında terapiyamıza başlayacağıq. Narınc ailəsi olaraq, balaca Rüzgar balmızın tezliklə problemlərindən qurtulması və sağlamlığına qovuşması üçün əlimizdən gələn bütün dəstəyi göstərəcəyik. Uğurlu nəticəmizi tezliklə bölüşəcəyik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!