Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“Qazimiz Baxşızadə Kamranın həyat yoldaşı Gülmirə Baxşızadə özü və övladının problemləri üçün Narınc Rüstəmovaya müraciət etdi”

Baxşızadə Kamran İsa oğlu 1989- cu ildə Naxçıvan şəhərində anadan olub. O, 2004-2007-ci illərdə H. Əliyev adına hərbi liseyi, 2007-2011-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasını oxuyub. Kamran Baxşızadə 2016-cı ildə “aprel döyüşlərində” iştirak edib, müxtəlif medallarla təltif edilib.

Baxşızadə Gülmirə özü və oğlu Baxşızadə Romanın psixoloji problemləri üçün Narınc psixologiya Mərkəzinə müraciət etdi. Roman balada diqqət əskikliyi və eyni zamanda yaddaş problemləri var. Diqqət yayınıqlığı var, belə ki, diqqətini toplamaqda, məlumatları yaddaşında saxlamaqda çətinlik çəkir. Həmçinin, onda davranış pozuntuları da müşahidə edilir. Yaşına uyğun davranışlar nümaiş etdirmir. Roman balamızın bu problemləri Gülmirə xanımda da stessin, gərginliyin yaranmasına səbəb olmuşdur. Ona görə də o övladı ilə bərabər , həm də, özü üçün mərkəzimizə üz tutmuşdur. Gülmirə xanımda eyni zamanda zamanda depressiv hallar da özünü göstərir. Əsəbilik, daxili gərginlik, stress onda depressiv halların yaranmasına gətirib çıxarıb.

Biz də Narınc Psixologiya Mərkəzi olaraq həm Gülmirə xanıma, həm də, övladı Roman balaya əlimizdən gələn bütün dəstəyi göstərəcək və onların tezliklə sağlamlıqlarına qovuşmaları üçün kömək edəcəyik. Uğurlu nəticəmizi tezliklə bölüşəcəyik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!