Şəhla Piriyeva nəvəsi Osmanlı Cəsurun problemləri üçün mərkəzimizə müraciət etdi. Cəsur balamızın 4 yaşı var və onda nitq qüsuru, inkişaf ləngiməsi müşahidə olunur. Belə ki, balamız 4 yaşı olmasına baxmayaraq normal danışa bilmir. Nitqi tək-tək sözlərdən ibarətdir, onları da qırıq-qırıq tələffüz edir. Uzun cümlələr qurub danışa, fikrini ifadə edə bilmir. Həmçinin, Cəsur balada davranış pozuntusu, aqressiya da var. Eyni zamanda balamızda hiperaktivlik sindromu da müşühidə edilir, çox aktivdir.
Biz də Cəsur balaya kömək olmaq üçün əlimizdən gələn qədər dəstək göstərəcəyik ki, balamız qısa müddət ərzində problemlərindən qurtulsun. Uğurlu nəticəmizi tezliklə bölüşəcəyik!
Oxunub: 285