Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Nənə nəvəsi Salehin problemləri üçün Narınc Rüstəmovaya müraciət etdi

Rəna Bəkirova nəvəsi Həsənli Saleh üçün mərkəzimizə müraciət etdi. Saleh balamızın 5 yaşı olsa da bir çox göstəriciləri yaşı səviyyəsində deyil, aşağıdır. Belə ki, balamızda nitq qüsurları, nitq ləngiməsi var, sözləri düzgün tələffüz edə bilmir, uzun cümlələr qurmaqda çətinlik çəkir. Həmçinin, balamızda davranış pozuntusu, daxili aqressiya və əsəbilik də var. Əsəbləşən zaman ətrafındakılara, yaşıdlarına qarşı aqressiv davranır, bəzən onları vurur. Eyni zamanda balamızda qida seçiciliyi də var. Nənəsinin bildirdiyinə görə, yemək yemək istəmir, aqressivləşir. Texnoloji vasitələrə çox meyillidir, bu da onu daha aqressivləşdirir.

Biz də Narınc komandası olaraq balamıza əlimizdən gələn bütün dəstəyi göstərəcək və problemlərindən qurtulması üçün çalışacağıq. Uğurlu nəticəmizi tezliklə bölüşəcəyik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!