Fariz balamız Şəkidən gəlib və onun problemlərinə görə valideyni mərkəzimizə müraciət edib. Belə ki, Fariz balamız 5 yaşı olmasına baxmayaraq demək olar ki, danışa bilmir, nitqində isə söz yoxdur. Yalnız “ana” sözünü deyə bilir. Özünü ifadə şəkli isə qırıq-qırıq səslər çıxarır və jest dili ilə nə istədiyini bildirir. Əqli inkişafı 2 yaş səviyyəsindədir, diqqət defisti var. Bu problemlərinə görə məktəb yaşı çatsa da Fariz bala məktəbə hazırlıq qruplarına və məktəbə gedə bilmir.
Bu səbəbdən də Fariz balamızın valideyni mərkəzimizə üz tutmuşdur. Biz də, Narınc Psixologiya Mərkəzi olaraq Fariz balamızın tezlliklə problemlərindən qurtulması və təhsil həyatına qədəm qoyması üçün əlimizdən gələn bütün dəstəyi göstərəcəyik!
Oxunub: 223