Qazimiz Məhəbbət İsmayılzadə müharibə zamanı aldığı travmalara görə Narınc Psixologiya Mərkəzinə müraciət etdi

Qazimiz İsmayılzadə Məhəbbət Tofiq oğlu 2000-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Qazimiz həm, 2020-ci ildə “Tovuz döyüşləri”nin həm də, ikinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Məhəbbət İsmayılzadə 44 günlük vətən müharibsi zamanı Xocavənd, Füzuli, Zəngilan, Laçın və Şuşa şəhərləri uğrunda gedən döyüşlərdə böyük şücaətlə iştrak etmiş, qəhrəmanlıq göstərmişdir. Qazimiz “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qazimizin bildirdiyinə görə, döyüşdən qayıtdıqdan bir müddət sonra onda müəyyən problemlər yaranmağa başlayıb. Belə ki, qazimiz Məhəbbət İsmayılzadə də daxili gərginlik, aqressiya, yuxunun pozulması, yuxusuzluq halları müşahidə olunur. Bu bir müddət sonra onun yaxınları ilə münasibətinə də təsir etməyə başlayıb, belə ki, çevrəsinə qarşı da aqressivləşməyə başlayıb. Hətta bildirdiyinə görə, yuxuda olarkən də döyüş fraqmentləri, müharibə görürmüş və gərgin şəkildə yuxudan ayılırmış. Bu yuxu pozulmaları da gün ərzində onda gərginlik yaradır.

Bu problemlərə görə, qazimiz Məhəbbət İsmayılzadə mərkəzimizə müraciət etmişdir. Biz də, Narınc Psixologiya Mərkəzi olaraq öz vəzifəmizi yerinə yetirəcək və qazimizin tezliklə sağlamlığına qovuşması üçün əlimizdən gələn bütün dəstəyi göstərəcəyik!

Allahdan Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa diləyirik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!