Yeni Azərbaycan Partiyasında “Müəllimlər günü” İlə bağlı tədbirdə Narınc Rüstəmova da iştirak edib

2 oktyabr 2023-cü ildə Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatı tərəfindən “5 oktyabr-Müəllimlər günü” ilə bağlı tədbir keçirilib. Tədbirə Narınc Psixologiya Mərkəzinin təsisçi-rəhbəri, uzman-klinik psixoloq Narınc Rüstəmova da dəvət edilib və təltifə laiq görülüb.

Tədbirin açılışını Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov edib. Vüsar İsmayılov bu günün əhəmiyyətindən, Ulu öndər Heydər Əliyevin bu günün Azərbaycanda qeyd edilməsi ilə bağlı sərəncam verməsindən söz açıb. Vüsar bəy həmçinin vurğulayıb ki, şübhəsiz ki, bütün sahələrdə inkişafın əldə olunmasının ən əsas səbəblərindən biri də müəllimlərin əməyidir. Məhz onların yetişdirdiyi, cəmiyyətə təqdim etdiyi gənclər ölkəmizin gələcəyidir. Belə insanların, gənclərin də ölkəmizi beynəlxalq arenalarda təmsil etməsi müəllimlərimizin əməyinin nəticəsidir. Vüsal bəy, hər birimizin müəllimlərə borclu olduğunu bildirib. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsində torpaqlarımızın azad olunmasında öz canından keçən, şəhid olan müəllimlərimiz də vardır.

Uzman-klinik psixoloq Narınc Rüstəmova da çıxışında Narınc Psixologiya Mərkəzinin müəllimlərə əməkdaşlıq etdiyini, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət göstərilməsində bərabər çalışdıqlarını vurğulayıb. Həmçinin, Narınc Rüstəmova  çıxışında dövlətin müəllimlərin əməyini qiymətləndirməsindən, hər il “5 oktyabr-Müəllimlər günü” ilə bağlı silsilə tədbirlərin keçirilməsindən danışıb.

Narınc Rüstəmova həmçinin müharibə dövründə və müharibədən sonrakı dövrdə də şəhid və qazi ailələrinə, onların övladlarına Narınc ailəsi olaraq dəstək göstərildiyini vurğulayıb. Şəhid və qazilərin özlərinin öz ailəsinə müəllim olduqlarını, xanımını öz ölümlərinə hazırladıqlarını bildirib. Şəhid xanımlarının qətiyyədindən iradəsindən və mərdliyindən danışıb.

O çıxışına bunları da əlavə edərk bildirib ki, müəllimlərin ölkənin sütunu, dayağıdır. Bu peşə çətin, eləcə də müqəddəsdir. Ona görə də bu peşənin hər kəs öhdəsindən gələ bilmir. Çətin tərbiyə olunan uşaqlara, xüsusi qayğıya ehtiyacı olan uşaqlara daim dəstək lazımdır ki, onları da cəmiyyətə qazandıra bilək. Bu səbəbdən də hər bir müəllim, həm də, psixoloq olmalıdır. Dünyada hər şeyə dəyər vermək mümkündür,lakin müəllim əməyinə dəyər verilə bilməz.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!