Şəhid Emin Əliyevin oğlununun terapiyasını təmənnasız şəkildə Narınc Rüstəmova üzərinə götürdü

Şəhid Emin Əliyevin atası nəvəsi Üzeyir üçün Narınc Rüstəmovaya müraciət etdi.Şəhidimiz Əliyev Emin Eldəniz oğlu 18 dekabr 1990-cı ildə Şəmkir rayonunda anadan olmuşdur. O, Qarabağ müharibəsində ən şiddətli döyüşlərin getdiyi yerlərdən birində Kəlbəcər rayonunun Ömər aşırımı adlanan dağ keçidində şəhid olmuşdur.
Şəhidimizin övladı, Üzeyir balamızın 6 yaşı olsa da yaşıdlarından geri qalıb. Belə ki, zəkası 6 yox 4 yaş səviyyəsindədir. Həmçinin, Üzeyir balamızda hiperaktivlik müşahidə olunur, dərsə getmək istəmir. Babasının bildirdiyinə görə çox aktivdir, bir yerdə dayanmır.
Bu problemlərinə görə Üzeyir balanın babası mərrəzimizə üz tutmuşdur. Biz də Narınc Psixologiya Mərkəzi olaraq Şəhidimizin əmanəti olan Üzeyir balamızın tezliklə problemlərindən qurtulmasına kömək edəcəyik.
Uğurlu nəticəmizi tezliklə bölüşəcəyik!
Allahdan Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa diləyirik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!