Övladınının pornoqrafik video və şəkillərə baxdığını bilən valideynlər nə etməlidir?

Bu hal son vaxtlar xüsusən azyaşlı uşaqlarda, yetkinlik yaşına çatmayan uşaqlarda daha çox görülür. Valideynlər narahatlıq keçirərək müxtəlif suallar ünvanlayır və çıxış yolunun necə olduğunu bildirirlər. Hətta bir çox valideynlər övladının paltarsız şəklillərini çəkdiyini müşahidə etdiyini və göstərilən təzyiqlərdən sonra onu sildiyini bildirir. Lakin, bir müddət sonra məlum olur ki, övladı həmin şəkilləri silməyib başqa bir smartfonda saxlayır. Bu zaman valideynlər narahatlıq keçirir və sual ünvanlayır ki, “Belə vəziyyətlərdə çıxış yolu nədir? Övladımla necə kontakt qurmalıyam?”

İlk öncə qeyd etmək lazımdır ki, valideynlər övladlarının sosial şəbəkələrdən istifadə etməsinə limit qoymalı və nəzarətdə saxlamalıdırlar. Övladının pornoqrafik video və şəkillərə baxdığını görən valideynlər çox zaman sərt, aqressiv reaksiya göstərir. Bir çox hallarda isə istər psixoloji, istərsə də fiziki şiddət göstərirlər. Ancaq bu da doğru yanaşma üsulu deyil. Bilirik ki, 9 yaşdan sonra uşaqlarda cinsi yetişkənlik yaşı başlayır, artıq bu yaşdan etibarən onların özünü oğlan və ya qız kimi kəşf etmə dönəmi başlayır. Ancaq bunu da qeyd etmək lazımdır ki, cinsiyyət ayırımı və özünü dərk etməyə başlaması 3 yaş və bundan sonrakı mərhələni əhatə edir. Bu yaş dövlərindən etibarən uşaqların “Ana mən necə dünyaya gəlmişəm?” tipli suallar verməsi, orqanlarını tanımağa başlaması, cinsiyyət orqanı barədə suallar verməsi anormal hal deyil. Valideynlər bir çox hallarda belə suallardan yayınırlar. Ancaq, belə halda valideynlər həyəcana qapılmamalı və sualları onların anlayacağı, başa düşəcəyi şəkildə daha çox isə oyun şəklində, nağıl formasında izah etmək lazımdır.

Lakin, məhrəmiyyət anlayışı formalaşmayan ailələrdə, cinsəl kimliyində tamamlanmayann sualları olan uşaqlarda bu tip hallar, yəni pornoqrafiyaya maraq daha çox müşahidə olunur. Digər tərəfdən bu tip video və şəkillərə maraq göstərən, xüsusilə özünü çılpaq şəkildə çəkən uşaqlarda ailədə diqqət görməmək, sevgi doyumsuzluğu ən çox müşahidə olunan hallardandır. Çünki bu bir isterik davranış formasıdır. Bəzən buna ana-atanın ayrılığı, bəzən isə ailədaxili konfliktlər səbəb olur.

Əgər yeniyetmə övladınız pornoqrafik videolaravə ya şəkillərə baxırsa bu yaş dövründə onun şəxsiyyətini alçaltmamalı, utandırmamalısınız. Sadecə valideyn nəzarəti ilə onun maraq dairəsini dəyişdirmək lazımdır. Zamanla valideyn-övlad kontaktı daha yaxşı olmalı və valideyn ona hiss etdirmədən nəzarətini gücləndirməlidir. Beləliklə, ailə modelimizi dağıtmadan uşağın yeniyetməlik dönəmində cinsəllik haqqında fikirlərinin tamamlanmasına yardımçı olmalıyıq.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!