NeuroFeedback(NFB) aparatı və faydaları

NeuroFeedback(NFB) aparatı və faydaları

NeuroFeedback aparatı(NFB) Amerika Birləşmiş Ştatlarında yaradılmış və uzun illər təcrübədən keçirilmiş bir aparatdır. Bu aparat nəyinki problemlərin korreksiyası zamanı, həm də, günlük iş performansımızı artırmaq, daha da enerjili olamaq üçün də istifadə edilir. Çünki, aparat beyini yüngülləşdirir və işləmə gücünü daha da artırır. NeuroFeedback dünyada 30 ildən çoxdur ki, tətbiq olunur. Amerikada NASA`da uzun müddət astronomlar üzərində tətbiq olunub. Çünki bu insanların daha çox konsentrasiya olmağa, stessli vəziyyətdə sakit qala bilməyə ehtiyacları var. Ən azı 20 seansdan sonra aydın şəkildə effekləri görünməyə başlayır. Bu aparat köməkçi rolunu oynayır. Yəni aparat terapiya ilə bərabər kompleks terapiya psixoloq, loqoped lazım olarsa duyu bütünləmə, eqoterapia dəstəyi olduqda nəticə daha tez almış oluruq. Zərərsizdir, heç bir əks göstərişi yoxdur və seans oyaq vəziyyətdə aparılır. Seansdın aparılma müddəti təxmini 50-55 dəqiqədir. Həmçinin gün ərzində 2 dəfə keçirilə bilər, həftədə isə 3 dəfə aparılmalıdır. Bu cihaz vasitəsilə mütəxəssis pasientin beyin dalğalarını kontrol edir və onları normativə gətirir. NeuroFeedbabk nazik lent şəkilli aparatdır, başa taxılarak saçın dibinə inteqrasiya etdirilir. Onun sayəsində beyin dalğaları bizim cihazımıza yəni kompyuterə ötürülür. Bu sırada isə pasient böyük ekranda fraqment məsələn: uşaqdırsa cizgi filmi, böyükdürsə rahatladıcı video, mənzərə və ya istədiyi hər hansısa bir şey izləyir. Bununla bir növ həm də pasientin diqqəti ölçülür. Belə ki, izləyən şəxs əgər diqqətini yayındırarsa və ya diqqətini cəmləmə paroblemi varsa ekranda izlədiyi fraqment solğunlaşır və ya kiçilir.

NeuroFeedback aparatı ilə əsas 4 dalğa ölçülür: alfa, delta, beta, teta. Bu dalğalar mühakimə bacarığımızın,diqqət cəmləməyin, analiz-sintezin inkiçafında mühüm rol oynayır. Bunlar frontal hissədən limbik hissəyə ötürülür və davranışlarımızda öz əksini tapır. Məsələn: bir dərsi, mövzunu oxuyuruq, öyrənirik, analiz edirik daha sonra frontal hissədən limbik hissəyə ötürürük. Daha sonra yaddaşımızda qalır və məktəbdə müəllimə danışırıq.

Belə ki, diqqət əskikliyinin, hiperaktivlik sindromunun, autizmin, həyaəcan-təşvişin, zəka geriliyinin, epilepsiyanın, obsessis-komplusif pozuntunun, maddə aslılığının, depressiyanın, qorxuların, aqressiyanın və s. problemlərin korreksiyasında NeuroFeedback aparatından istifadə olunur.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!