Narınc Rüstəmova Şəhidimiz Mehman Yusifovun oğlunun terapiyasını təmənnasız olaraq üzərinə götürdü

Baş Gizir Şəhid Mehman Musa oğlu Yusifov 18 iyul 1979-cu ildə Tovuz rayonunun Bayramlı kəndində anadan olub.  1998-cı ildə həqiqi hərbi xidımətə çağırılan Mehman Yusifov 2000-ci ildə iki illik xidmətini başa vuraraq təxris olunub, daha sonra 2002-ci ildə yenidən Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qayıdaraq XTQ- də gizir kimi xidmət edib. Hərbi qulluqda xidmətlərinə görə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, II və III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrin 95 illiyi” yubley medalı, “Azərbaycan Silahlı Qüvvələrin 100 illiyi” yubley medalı ilə təltif olunub. Aprel döyüşlərinin iştirakçısı olub.Vətən müharibəsi zamanı ordumuzun giziri Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Mehman Yusifov şəhidliyindən sonra “Vətən Uğrunda” medalı “Cəbrayılın azadlığı uğrunda” medalı, “Qarabağ” ordeni , “Zəfər” ordeni ilə təltif edilib.

Şəhidimizin övladı Məhəmməd balanın 13 yaşı var. Onda inkişafdan geri qalmalar müşahidə olunur. Bu daha çox özünün əqli gerilik kimi göstərir. Eyni zamanda Məhəmməd balada autizm spektr pozuntusu müşahidə olunur. Həmçinin balamızda əsəbilik, gərginlik, aqressivlik də var. Atasının Şəhid olmasından sonra bunlar onda daha da kəskin şəkil alıb, daha da həssaslaşıb. Həssas olan zaman balamız davranışlarını da kontrol etməkdə çətinlik çəkir, buna görə də müəyyən mənada davranış pozuntusu da müşahidə olunur. Müəyyən dövrlərdə zaman-zaman özünə qapanmaları da olur. Elə bu problemlərə görə Məhəmmədin anası bizə üz tutmuşdur. Biz də Narınc Psixologiya Mərkəzi olaraq öz üzərimizə düşən vəzifəni yerinə yetirəcək və Şəhidimizin əmanəti olan Məhəmməd balamızın tezliklə problemlərindən qurtulması üçün əlimizən gələn köməyi göstərəcəyik.

Allhdan Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa diləyirik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!