Hiperaktivliyi və autizm spektrı olan Poladın bibisi Narınc Rüstəmovaya müraciət etdi

Nüşabə Nəsirova qardaşı oğlu olan Polad balamızın problemləri üçün Narınc Rüstəmovaya müraciət etdi. Belə ki, bibisinin dediyinə görə, Polad balamız davamlı öz-özünə danışır, bir yerdə dayanmır. Həmçinin Polad bala dərslərində də problem yaşayır, oxumaqda çətinlik çəkir. 2-ci sinifdə oxumasına baxmayaraq, bir çox hərifləri demək olar ki, bilmir. Eyni zamanda Polad balanın nitqində də problem var, nitqi anlaşılmazdır. Polad balamız hiperaktivlik də var. Danışa bilməməsi, özünü ifadə edə bilməməsi onda aqressivlik də yaradıb.

Biz də Narınc Psixologiya Mərkəzi olaraq Polad balanın bibisinin Nüşabə xanımın çağırışını cavabsız qoymadıq. Belə ki, Polad balamızın ilkin müayinələrindən, həmçinin autizm şiddətinin ölçülməsi testindən keçdi. Məlum oldu ki, onda autizm indeksi: 92-dir. Bu kifayət qədər yüksək nəticədir. Bildirmək lazımdır ki, indeks 68-dən yuxarı risk qrupu hesab edilir. Artıq göstərici 84-dən yuxarı olduqda vəziyyət kifayət qədər ciddidir deməkdir. Həmçinin balamızın 7 yaşı olsa da, əqli cəhətdən geridir və zəka yaşı 3 yaş səviyyəsindədir.

Polad balamız üçün proqram tərtib olunub, artıq terapiyalarına start veriləcəkdir. Komanda olaraq balamızın problemlərindən qurtulması üçün əlimizdən gələn bütün dəstəyi göstərəcəyik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!