Təəssüf ki, şəhidimiz övladı Uğuru cəmi 12 gün görə bilib. Uğur balamızın problemlərinə görə nənəsi mərkəzimizə üz tutmuşdur. Belə ki, Uğur balamızın psixi-nitq inkişafında ləngiməsi və kaprizləri var. Bərabərində diqqət əskikliyi sindromundan əziyyət çəkir. Həmçinin analiz-sintez bacarıqları, səbəb-nəticə əlaqəsi qurması yaşına görə zəif göstəricidir.
Uğur balamız mərkəzimizdə oldu, ilkin müayinələrdən keçdi. Balamıza loqoped, aparat və psixoloji iş, yəni kopleks terapiya proqramı təyin etdik. Uğur balamız 3 aylıq terapiya müddətindən sonra gözəl nəticələr əldə edəcəyik!
Oxunub: 236