Uşağı döymək və ya cəza vermək düzgündür? - İzah edildi

Uşağı döymək və ya cəza vermək düzgündür? – İzah edildi

“Uşaq tərbiyəsində valideynlərdən mütəmadi şəkildə gələn sullardan biri uşaqları döymək ilə bağlıdır. Belə ki, onlar, xüsusilə hiperaktiv övladı olan valideynlər şikayətlənir və belə suallar ünvanlayır: “Uşağım çox aktivdir evdə bir yerdə dayanmır. Yemək yeyərkən süfrədə düzgün əyləşmir, şəxsi əşyalarına qarşı çox səliqəsiz davranır, evdə qardaş-bacısı ilə düzgün münasibət qura bilmir və s. Belə halda uşağı döymək və ya cəza vermək onun psixologiyasına hansı təsirləri edə bilər?” Bəs bu vəziyyətdə valideynlər nə edə bilər, necə bir çıxış yolu seçə bilər? Təbiidir ki, hər bir valideynin öz tərbiyə üsulu, övladına yanaşma şəkli vardır. Ancaq psixologiyada, xüsusən valideyn-övlad münasibətlərində, uşaqların tərbiyəsində ümumi qəbul edilmiş bir neçə qaydalar vardır”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

Psixoloq bildirib ki, övladına nümunə elə valideynlərin özləridir: “Uşaqlar nəyisə sözlərlə deyil, görərək öyrənirlər. Sözlərlə nələrisə öyrənmək, onlarda ümumi 3%-i təşkil edirsə, bu davranışlarda 58% göstəriciyə qədər yüksələ bilir. Ona görə də uşağa nəyisə öyrədəndə və ya izah edəndə ilk öncə valideyn onun özündə olub-olmamasına diqqət etməlidir. Digər bir qayda ondan ibarətdir ki, valideynlər övladlarını hər hansı hərəkətinin və ya verilən tapşırığın yerinə yetirilməsindən asılı olaraq mükafat verməkdən, şərt qoymaqdan çəkinməlidirlər. Bunlar doğru yanaşma üsulu deyil. Zamanla artıq övlad özü də valideynlərə şərtlər qoymağa başlayacaqdır. Məsələn: tapşırıqlarımı yerinə yetirdim xoşladığım şirnilərdən al gətir mənə və s. kimi fikirlər, şərtlər səsləndirməyə başlayacaq. Bu həm də, onlarda mükafatlara həvəsi artıracaq və bir müddət sonra nələrisə ancaq mükafatlanmaq və tərif eşitmək üçün etməyə başlayacaqlar.

Növbəti qızıl qaydalardan biri də, övladınıza dediyiniz sözləri, fikirləri doğru şəkildə ifadə etməyin vacibliyidir. Fikirləri onun anlayacağı tərzdə və pozitiv yöndən izah etmək əsasdır. Bu həm valideyn-övlad münasibətlərinə müsbət təsir edəcək, həm də, onlarda özgüvən hissini artıracaqdır. Hər hansı səhvlərini izah edərkən də bu metoddan istifadə etmək olar. Hər zaman neqativ tərəfi yox, pozitiv tərəfi vurğulamaq lazımdır. Belə olduqda uşağın beynində də mənfi kodlar, fikirlər yazılmır və daima müsbəti etməyə, düşünməyə çalışır. Çünki, deyilən bütün sözlər uşaqların şüuraltısına belə desək, yazılır və valideynlərin onlar üçün seçdikləri bənzətmələr, geyimlər və s. onunların əyninə, zehninə oturmağa başlayır”.

Müəllif: Səbinə Hüseynli

https://sia.az/az/news/social/1148584.html

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });