Bacı-qardaş Ayan və Ayxan üçün nənələri Narınc Psixologiya Mərkəzinə müraciət etdi

Ayan və Ayxanın 12 yaşı var. Onların ailədə gördüyü, yaşadığı hadisələr onlarda travma halının yaranmasına gətirib çıxarıb. Hər ikisi stresslidir, özgüvənsizlik müşahidə olunur. Analarına qarşı aqressivdirlər. Xüsusən Ayxanda bu hal daha qabarıqdır. Həmçinin Ayxanda diqqət əskikliyi də var ki, bu da ona dərslərində mane olur. Diqqəti dağınıq olduğu üçün məktəbdə problem yaşyayır, özünü ifadə etməkdə çətinlik çəkir. Ayan balamızda isə özünə qapanma var. Beynində, sinirlərində oyanıqlıq çoxdur. Beyin dalğaları normadan 8 dəfə çoxdur. Ayan balamız yaşadıqlarını, problemlərini kimsə ilə bölüşməyən, “içinə atan” tipli yeniyetmələrdəndir. Həmçinin balalarımızın hər ikisində istəkdən kənar təkrar etdikləri davranışları, tikləri də var.

Balalarımızı mərkəzə dəvət edib müayinələrdən keçirdik və problemlərinə uyğun olaraq  ayrı-ayrılıqda onlara proqram təyin etdik.

Uğurlu nəticəmizi tezliklə bölüşəcəyik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!