Şəhid Elşən Allahverdiyevin anası nəvəsi üçün  Narınc Rüstəmovaya müraciət etdi

Şəhid Allahveriyev Elşən Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur. O, 01.08.1993-cü il tarixində Füzuli şəhəri istiqamətində gedən döyüşlərdə iştirak etmiş və şəhid olmuşdur. Şəhidimiz  4 il vətənə xidmət edib.

Şəhidimiz Elşən Allahverdiyevin bacısı oğlu Məhəmməd balamızın 5 yaşı var. Məhəmməd balada hiperaktivlik, qida seçiciliyi, diqqət əskikliyi kimi problemlər var. Nənəsinin dediyinə görə balamız, çox az yemək yeyir və qidalarda seçiciliyi var. Banan, sosiska və dönərdən başqa heç nə yemək istəmir. Həmçinin, balamız bir yerdə dayanmır, çox aktivdir. Hazırlıq sinfinə gedəcək, amma diqqəti çox dağınıqdır. Həmçinin balamızda davranış pozuntusu da müşahidə edilir.

Biz də Narınc mərkəzi olaraq şəhid anasının müraciətini cavabsız qoymadıq. Məhəmməd balamızı mərkəzə dəvət edib, onu müayinə etdik. Müayinələrdən sonra onun üçün proqram hazırladıq və terapiyalara başlanıldı. Uğurlu nəticəmizi tezliklə bölüşəcəyik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!