Sevgi doyumsuzluğu yaşayan uşaqlarda davranış pozuntuları olur

“Son zamanlar ünvanlanan suallar içərisində sevgi doyumsuzluğu yaşayan uşaqların xüsusiyyətləri əsas yerlərdən birini tutur. Bəli, sevgi doyumsuzluğu yaşayan uşaqlarda ciddi davranış pozuntudu özünü göstərə bilir. Bu problem ələlxüsus övladı kiçik yaşlarda işə çıxan, onunla oyun oynamayan, az zaman keçirən, tez-tez  konflitlər yaşayan ailələrdə daha çox müşahidə olunur. Həmçinin, ikinci övladını tez dünyaya gətirən, daha çox diqqətini ona ayıran ailələrdə də bu problem müşahidə olunur. Belə ki, belə ailələrdə yeni doğulan körpəyə daha çox diqqət ayrılır, digər uşaq isə diqqətən kənarda qalır.

Belə uşaqlar sevgi görmək, xoş münasibət görmək üçün diqqət çəkməyə başlayırlar. Belə olan halda hər şeyə ağlamağa, dirnaqlarını yeməyə, səbəbsiz yerə xəstələnməyə, ağrımağa başlayır. Həkimə də apardıqda tibbi bir səbəb də olmur. Ancaq uşaq yenə də bu problemlərdən şikayətənir. Bunlar uzun müddət davam edərsə bu sevgi doyumsuzluğu ilə əlaqədar ola bilər.

Belə halı hiss edən valideyn övladına daha çox zaman ayırmalı, onunla müxtəlif oyunlar oynamalı və ona diqqətini hiss etdirməlidir.”

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!