Qadınlar onları güldürən kişiləri sevir

Qadınlar onları güldürən kişiləri sevir

Bu qəribə gəlsə də, ancaq bir həqiqiətdir. Bəli, qadınlar adətən onları güldürən kişilərə aşiq olurlar. Hətta bununla bağlı tədqiqatlar, araşdırmalar da var ki, bunların hər biri bu faktı doğrulayır. Bəzilərinə qəribə gələ bilər ki, “zarafat edən kişilər, qarşısındakını güldürməyi bacaran kişilər nə üçün cəzb edici olsun ki? “ Çünki zarafat etmə, yumoristik bacarığı qadın qarşısındakı kişinin yüksək zəkasının olması kimi qiymətləndirir. Yəni, yumoristik bacarığı varsa yüksək zəkalıdır, ağlı itidir, güclüdür təəssüratı yaradır. Həm də, bu insanlarda sosial bacarıqların inkişafının göstəricisidir.

Bəzən qarşı cins, yəni kişilər bununla razılaşmır və qadınların, gücü, hədiyyələri daha çox sevdiyini və dolayısıyla bunu onlara bəxş edən kişilərə daha çox önəm verdiklərini bildirirlər. Ancaq bildirdiyimiz kimi araşdırmalar bunun heç də belə olmadığını göstərir.

Ona görə də bir qadınla ailə həyatı quran kişi xanımının üzünü güldürməyi bacarmalıdır.

Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin rəsmi təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi , klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });