“Travma İlə üzləşən uşağa daha diqqətli yanaşmaq lazımdır” – Psixoloq fikri

“İlk növbədə onu bildirməliyəm ki, ümumiyyətlə hər bir travma insanda müəyyən təsirlər buraxır. İnsan həyatında bəzən elə hadisələr baş verir ki, insan ona mane ola bilmir və bunlar onun yaşam tərzinə bu və ya digər formada təsir göstərir. Bu təsirlər isə fiziki də ola bilər, psixoloji də ola bilər. Bunlardan psixoloji travama daha dərin ola bilir və korreksiyası uzun zaman ala bilir”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

Psixoloq bildirib ki, sevdiyin insanı itirmə, boşanmalar, ayrılma, davamlı stressli həyat şəraiti, uşaqlığın hər hansı dönəmində baş vermiş pis bir hadisə və s. travma yaradan faktorlar kimi göstərilə bilər: “Uzun müddət travmanı qəbul edə bilməmək və həzm edə bilməmək insanlarda həyəcan-təşviş, özgüvən əskikliyi, fobiya, panik atak kimi problemlərin meydana çıxmasına səbəb ola bilər. Ona görədə tarvma yaşadığımızda ilk öncə çətin də olsa onu qəbul etmək və bağışlamaqdır. Çünki bu hisslər travma yaşayan insana az da olsa rahatlıq verər və yalnız özünü günahkar görməkdən çəkindirər. Belə ki, insan travmanı qəbul etmədiyi və bağışlamadığı zaman həmin travmanı yaşadan hadisələrə və ya insanlara qarşı daima aqressiv mövqedə olacaqdır.

Bəzən belə məqamların da şahidi oluruq, məsələn, ailə çox yaxşı ailədir, ancaq bu ailədə böyüyən uşağınz zaman keçdikcə davranışında, hərəkətlərində fərqliliklər ortaya çıxır. Bu da valideynlərin narahatlığına gətirib çıxarır. Burada diqqət edilməsi məqam uşağın çevrəsidir. Uşaq bağçaya, məktəbə gedirsə orada elə hadisələr yaşana bilər ki, valideynlərin bundan xəbəri olmasın. Uşaqlar bir çox hallarda bunları bildirməkdən çəkinirlər. Bundan başqa uşaq ailənin diqqətindən kənar qaldıqda yaxın qohumlar və ya çevrəsi tərəfindən uşağa hər hansı fiziki və ya psixoloji şiddət də göstərilə bilər. Belə olan halda bütün bunlar uşağın şüuraltısnda travma yarada bilər. Ona görə də burada ən əsas məqamlardan biri valideyn-övlad arasındakı münasibətin düzgün qurulmasıdır. Ailədə valideyn-övlad münasibəti yaxşı olarsa, uşaq çəkinmədən öz fikrini, narahatlığını valideynə bildirə biləcəkdir. Valideynlər, psixoloqlar travma və qorxu ilə üzləşən uşaqlara daha həssas yanaşmalı və diqqət etməlidir”.

https://sia.az/az/news/social/1170132.html

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!