Dostu olmayan uşaqlar

Dostu olmayan uşaqlar

Valideynlərin son zamanlar müraciət etdiyi məsələlərdən biri övladının heç bir dostunun olmaması və tək zaman keçirməsi ilə bağlıdır. “Övladımın dostu yoxdur, nə edim?” kimi müraciətlər olur.

İlk növbədə bildirmək lazımdır ki, bu özlüyündə ciddi bir problemdir. Ələlxüsus bu problem yeniyetməlik dönəmində yaşanırsa, araşdırılmalı və səbəb tapılmalıdır.

Bəzi valideynlər isə bu məsələni problem etmir,hətta yaxşı bir hal kimi qiymətləndirilər. Anacaq bildirmək lazımdır ki, bu düzgün yanaşma deyil. Unutmaq olmaz ki, biz sosial varlıqlarıq. Övladımızın həyatında dostunun, vaxt keçirəcəyi birilərinin olması sosial münasibətlərində, irəlidə iş həyatında və s. müsbət rol oynayır. Heç kimlə münasibət qurmayan, dostu olmayan və ya soyuq münasibət quran insanlar tez özünə qapanan, pessimist, gələcəkdə iş həyatında uğursuz bir şəxsiyyətə çevriləcəkdir.

Ona görə də valideynlər bu hala diqqət etməli və mövzu barədə övladı ilə söhbət aparmalıdır. Bu problem uzun müddət davam edərsə psixoloq dəstəyi alınmalıdır.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!