8 yaşı olsa da danışmayan Mələk üçün valideynləri Narınc Psixologiya Mərkəzinə müraciət etdi

Mələk qızımız Saatlı rayonunda yaşayır və 8 yaşı var. Balamızın 8 yaşı olsa da danışmır. Məktəbə gedir, dərslərdə iştirak edir, amma orda da heç nə danışmır. Bildirmək lazımdır ki, danışmamaq problemi Mələk balamızda sonradan yaranıb. 5 yaşından sonra, yəni 3 ildir ki, bir söz belə demir. Valideynin dedeyinə görə 5 yaşından sonra ətrafı, həmyaşıdları, qohumları ilə danışmamağa başladı. Artıq son bir ildir ki, heç kimlə həm də, ailəsi ilə də danışmır. Mələk balamız istəklərini jestləri və mimikaları ilə bildirir. Valideynləri ilə ünsiyyət şəkli 1 ildir ki bu formadadır. Məktəbdə də arxa sırada sakitcə əyləşir,heç kimlə münasibət qurmur, dərslərini danışmır.

Biz də Narınc Psixologiya Mərkəzi olaraq Mələk balanın ana-atasının çağırışına cavab verdik və Mələk balanı mərkəzimizə dəvət etdik. Qızımızı müayinələrdən keçirdik, onun probleminin mutizm olduğu ortaya çıxdı. Mutizə başqa adla “səssizlik xəstəliyi” də deyə bilərik. Güclü qorxu, stress hallarında özünü göstərir, uşaq depressiyadır. Mələk balamız da stress, ağır travma yaşayıb ona görə də onda bu problem yaranıb, qorxudan özünə qapanıb.

Narınc Psixologiya mərkəzi olaraq, peşəkar mütəxəssislərimiz Mələk balamıza kömək edəcək və müəyyən müddətdən sonra danışacaq.

Uğurlu nəticəmizi tezliklə bölüşəcəyik!

Mələk balamız 1 ay yarım müddət ərzində Mərkəzimizin Xırdalan və Yasamal filalında terapiya gördükdən sonra artıq danışmağa başladı. Rahat şəkildə, qorxmadan, çəkinmədən özünü ifadə edir, istəklərini dilə gətirir. Mələk qızımız məktəbə də gedir, sinif yoldaşları ilə münasibət qurur. Bu da Narınc Psixologiya mərkəzi olaraq peşəkar komandamızla növbəti uğurumuzdur!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!