Narınc İnkişaf Mərkəzinin açılışı baş tutdu

 13 oktyabr 2024-cü il tarixində Nizami rayonunda yerləşən və Narınc Psixologiya Mərkəzinin yeni istiqaməti olan Narınc inkişaf Mərəzinin açılış mərasimi keçirildi.

Bundan sonra xüsusi qayğıya ehtiyacı olan uşaqlarımız daha uzun müddətə, hər cür şəraitlə təmin olunmuş, ixtisaslaşmış müəssisədə təlim alacaqlar. Ailələr ürək rahatlığı ilə övladlarını bu mərkəzə etibar edə bilərlər. Öz sahəsində təcrübəli və peşəkar mütəxəssislər sayəsində balalarımız daha sürətli şəkildə bilik və bacarıqları yiyələnib cəmiyyətə adaptasiya olacaqlar.

Açılış mərasimində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, millət vəkili Nigar Məmmədova, Psixologiya Elmi-Tədqiqat İnstitunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, Azərbaycan Vəkillər kollegiyasının üzvü, vəkil Şəfiqə Nağıyeva, teleaparıcı, Xəzər Media Mərkəzinin əməkdaşı Lalə Azərtaş və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların düzgün inkişafı üçün onların ehtiyaclarını anlamaq, uyğun psixoloji yanaşmalar tətbiq etmək mütəxəssislərin üzərinə düşən vacib vəzifələrdən biridir.
Daha sonra Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, uzman-klinik psixoloq Narınc Rüstəmova qonaqları mərkəzlə tanış edərək mərkəzin fəaliyyəti və strukturu haqqında məlumat verib.

Qeyd olunan mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar kölgə müəllimlərinin nəzarəti altında psixoloji, defektoloji loqopedik xidmət alacaq, müasir texnoloji cihazlar və “kokteyl” üsulu ilə müxtəlif terapiyalardan yararlanacaq, ev tapşırıqlarını yerinə yetirəcək və günün sonunda servis maşını ilə evlərinə qayıdacaqlar.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!