Qazimiz Mərdoğlanın 8 yaşlı oğlu Narınc İnkişaf Mərkəzində terapiya görəcək

Qazimiz Mərdoğlanın 8 yaşlı oğlu Narınc İnkişaf Mərkəzində terapiya görəcək

Qazimiz, Vətən müharibəsi iştirakçısı Əliyev Mərdoğlan Mirzəli oğlu övladı Ümid balamız üçün mürzciət edib. Ümid balamızın 8 yaşı var. O məktəblidir, 3-cü sinifdə oxuyur. Ancaq onda kəkələmə problemi var. Bərabərində Ümid balamızda çəkingənlik, özgüvən problemi, yaddaş zəifliyi də müşahidə olunur. Bu problemləri ona həm dərslərində mane olur, həm də sinif yoldaşları ilə ünsiyyət qurmağa mane olur.

Biz də Ümid balamızı mərkəzimizdə müayinə etdik. Ümid balamızda paralel olaraq qorxuları, həyəcan-təşvişi var. 8 yaşı olsa da zəka yaşı 5 yaşdır.  Bununla yanaşı 70% hiperaktivlik göstəriciləri də var.

Beləliklə, Ümid balamıza gözəl proqram təyin etdik. Narınc İnkişaf Mərkəzində həm fərdi, həm qrup məşğələlərində iştirak edəcək. Ümid balaya bununla yanaşı kompleks terapiya proqramı təyin etmişik ki, günün çox hissəsini Narınc İnkişaf Mərkəzində keçirərək terapiya görəcəkdir.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

deneme bonusu veren siteler casino siteleri bantambagels ecomamahotel