Sosial təcridin kölgəsində: Psixoloji və sosial təsirlər- mütəxəssisdən açıqlama

Sosial təcridin kölgəsində: Psixoloji və sosial təsirlər- mütəxəssisdən açıqlama

“Bu gün yaşanan psixoloji problemlərin bir qisminin kökündə insanların bir fərdi sıxışdırması, təzyiq göstərməsi başqa sözlə desək, sosial təcridi dayanır”.

Sosial təcridin psixoloji və sosial təsirləri nələrdir?

Mövzu ilə bağlı “informator.az”a açıqlamasında  Narınc psixologiya mərkəzinin təsisçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitunun elmi işçisi,  Uzman klinik psixoloq Narınc Rüstəmova bildirib ki, bu insanlar sonradan adaptasiya problemi yaşayır, özlərini zəif, özgüvənsiz hiss edir:

“Tutaq ki, depresssiya, fobiyanın müxtəlif təzahür formaları və s. adaptasiya prosesində və onun tərkib hissəsi olan rol keçidlərində ortaya çıxmağa başlayır. Sosial təcrid, bir insanı olduğu mühitdən müxtəlif təzyiqlər göstərərək uzaqlaşdırmaq onun psixologiyasına da mənfi təsir edir. Bu hallardan biri də son dövrlər, xüsusən məktəblilər arasında yayılmış bullinq hallarıdır.
Bullinq, insanın iradəsindən kənar olaraq başqa insana təsir etmək üçün müxtəlif yollardan istifadə edərək təzyiq göstərməsidir.  Təzyiq və ya başqa sözlə şiddət istər fiziki, istər iqtisadi, istərsə də psixoloji ola bilər. Bullinqə ailədə, iş yerində, təhsil müssəsində, xüsusilə yetkinlik yaşına çatmayan uşaqlar, yeniyetmələrarasında müşahidə edə bilərik. Bu gün bullinqə məruz qalan uşaqlarda məktəbə qarşı istəksizlik, məktəbdən imtina etmək, hətta intihar düşüncələrinin yarandığını müşahidə etmək olar”.

Psixoloq əlavə edib ki, cəmiyyət, insanlar bullinqə məruz qalan, bullinq qurbanı olmuş uşağa daha çox diqqət edir, kömək edir:

“Çünki bu məqamda bir çox insan empatiya quraraq “Mənim övladıma da belə təzyiq olsa çox məyus olaram, qəzəblənərəm” – deyə fikirləşir. Nəticədə bu duyğuları bullinqə məruz qalmış şəxsə köçürürük. Bundan sonra insanlar ona kömək edir və bullinqlə üzləşən şəxsə daha çox diqqət ayırırlar. Bu təbii haldır, bizim o uşaqlara da kömək etməyimiz vacibdir.  Ancaq, hadisələrə birtərəfli baxmaq da düzgün deyil. Belə ki, burada belə bir suallar ortaya çıxa bilir:
Bəs bullinqi edən tərəf də yeniyetmədirsə? 
Ona necə kömək etməliyik?
Unutmamalıyıq ki, bullinqi məruz qalan kimi bullinqi edən də bir uşaqdır, yeniyetmədir. Ona da kömək etmək lazımdır. Terapiyada ilk növbədə diqqət edilməsi və araşdırılması lazımlı məqam bullinq edən uşağın niyə bunu etməsidir. Burada ən vacib məsələlərdən biri də zamanında müdaxilə etməkdir. Bəzən valideynlərin övladı ilə ünsiyyəti o qədər zəif olur ki, belə hadisələr baş verdikdən 1-2 ay sonra məlumatları olur. Ona görə də valideynlərin övladlarına dost kimi yanaşması, gün ərzində nələr etdiklərini onlarla bölüşməsinə şərait yaratması lazımdır. Beləliklə, kömək etməliyik ki, bullinqə məruz qalanlar kimi, bullinqi törədənlərin də sayı azalsın.  Onların cəmiyyətə adaptasiyasında kömək etmək və psixoloji dəstək almalarına şərait yaratmaq lazımdır “.

Meşədiyeva Türkanə

https://informator.az/news_12760.html

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });