Rüqəyya balamızın valideyni övladının problemlərinə görə bizə müraciət etmişdi. Rüqəyyanın 5 yaşı var. Onda hiperaktivlik, qoxu həssaslığı,davranış pozuntusu var. Rüqəyyanın 5 yaşı olsa da əqli göstəriciləri 3 yaş səviyyəsindədir.
Rüqəyya balamızı anası ilə birgə Narınc İnkişaf Mərkəzinə dəvət etdik və bir çox müayinələrdən keçdi. Bundan sonra ona xüsusui terapiya proqramı hazırlandı. Belə ki, Rüqəyya balamız həm psixoloji, həm aparat, həm dəhovuz, su terapiyasında iştirak etdi. Artıq, 2 aylıq kompleks terapiyalarımızın nəticəsində balamızın İQ göstəriciləri 99-a yüksəldi. Eyni zamanda hiperaktivliyi azaldı, kaprizləri korreksiya olundu. Artıq Rüqəyya balamız oxudiğunu yadında saxlaya, şeir əzbərləyə bilir. Beləliklə uğurlu nəticə əldə edərək Rüqəyya balamızı məktəbəqədər hazırlıq sinfinə yola saldıq.
