Uşaqlar sevgisini necə göstərər?

Uşaqlar sevgisini necə göstərər?

Uşağınızı qarşılıqsız sevdiyiniz üçün bəzən onun sevgi nümayişlərini gözdən qaçıra bilərsiniz. Uşağın inkişafı üçün əhəmiyyətli olan bu detalı necə hiss edəcəksiniz?

Ana və uşaq arasındakı bağ, körpə ana qarınındaykən başlayar. Doğum sonrasında da uşaqla ana arasında xüsusi bir ünsiyyət olar. Ana, uşağını böyük bir sevgiylə böyüdərkən uşaq da sevgisini bəzi yollarla ifadə edər.

• Dünyadakı heç bir şeyi anlamayan yeni doğulan körpənizin bildiyi bir şey varsa, o da gözlərinizin içinə baxdığında sizin əhəmiyyətli olduğunuzdur. Uşağınız zamanla sizə olan sevgisini bəzi yollarla göstərməyə başlayacaq.
• Körpəniz onun yanında olmadığınız zamanlarda sizi düşünməyə başlayıb doğulduğundan 8-12 ay arası bir zaman keçdikdən sonra, onun olmadığı otaqdan ayrıldığınızda ağlayar. Döndüyünüzdə isə gülücüklər saçar.
• İməkləməyə başlayan körpənizin hirsləri artacaq. Atdığı qışqırıqlar sizi sevmədiyi mənasına gəlməz, sizə bu qədər çox güvənməsəydi, inciməz ya da əsəbiləşməzdi, deyə düşünmək lazımdır.
• Körpəniz kədərli olduğunda sizə qaçarcasına gələcəkdir. Çünki kiçikkən “Səni sevirəm” deməyi bilə bilməz, amma hərəkətləri sözlərdən çox daha güclüdür.
• Uşağınız sizə bağçadan qopardığı bir çiçək, kiçik bir daş ya da hədiyyə olduğunu düşündüyü hər hansı bir şey verərək sevgisini göstərə bilər.
• Artıq evin hər şeyi ilə daha əlaqədar olmağa başlayan uşağınız “Ey, bax bunu mən etdim” deməyə çalışaraq sizin diqqətinizi çəkmək üçün çalışacaq. Çünki sizin təsdiqiniz onun üçün əhəmiyyətlidir.
• Böyüdükcə artıq sizi sirdaşı olaraq görməyə başlayacaq. İnsanlar içərisində yaşadığı ilk utandırıcı anında belə sizin qollarınızda özünü etibarda hiss edəcək.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!