Axşam bütün ailə qonaq otağında söhbət edirdilər.Ata və anası qızları Günayın dərs ilini başa vurduğu üçün cox sevinirdilər.Ancaq Günay o qədər dəə sevincli deyildi.Sonra Günay valideynərindən otağına getməsi üçün icazə istədi.O,otağına keçdi çarpayısına uzandı.Çox düşüncəli və narahat idi.Öz –özünə fikirləşirdi mən iki ay sonra imtahanları neynəyəcəm.Elə bu düşüncə ilədə yuxuya getdi.Səhər anası Günayı dərsə getmək üçün oyatdı.Günay yerindən qalxıb əl üzünü yudu,sonra yemək süfrəsinə əyləşdi.Sonra paltarlarını dəyişib atası ilə birgə mətəbə yollandı.Günayın sinifdə iki ən yaxın rəfiqəsi vardı.Günay sinifə daxil oldu və rəfiqələrinin yanına gəldi.Rəfiqələri onu belə narahat görüb səbəbini soruşdular.”Günay niyə belə narahatsan ?” Günay dedi: “Qızlar mən imtahandan çox qorxuram,necə keçəcəyini bilmirəm.” Rəfiqələri dedi:Günay burda qorxulu heç bir şey yoxdur, özünə inan və rahat ol. Dərsdən sonra Günay anası ilə evə qayıdırdı, anası Günayı kefsiz görüb onun kefini açmaq üçün dedi: “Qiizm belke gedib sənə yeni rəngli qələmlər alaq .Sən şəkil çəkməyi sevirsən”. Günay sevincək şəkildə ” Hə ana gedək” dedi.Onlar birlikdə mağazaya yollandılar.Həmin vaxt Günay ordan bir qələm gördü çox xoşuna gəldi.Anasından o kitabı almağı xahiş etdi. Anası razılaşdı.Onlar mağazadan çıxıb evə yollandilar.Günay evdə yeni rəngli qələmləri ilə çoxlu şəkillər çəkti, sonra hamısını ata-anasına göstərdi.Sonra Günay sabahkı dərslərinə hazırlaşdı.Səhər müəllim uşaqlara yoxlama işi yazdırırdı.Günay yeni aldığı sevimli qələmini götürüb yazmağa başladı.Günay heyacanlı idi oxuduqları yadından çıxmışdı.Suallara cavab yaza bilmrdi.Birdən möcüzə baş verdi,qələm öz-özünə yazmağa başladı.Günay çox təccüblənmişdi.Ancaq bir yandanda qələminin sehirli olduğu üçün sevinc hissi duyurdu.Sanki daha da güclənmişdi.Günay artıq dərslərin əvvəlindən yüksək qiymət almağa başlamışdı.Bu onunla bir sinifdə oxuyan Rənanın heç xoşuna gəlmirdi.Rəna Günyın ondan yüksək qiymət almasını istəmirdi.Sinifdə özü birinci olmaq istəyirdi.Rəna artıq Günayla əvvəlki kimi münasibət saxlamırdı, bütün gün günayın hərəkətlərinə baxırdı.O Günayın qələmini necə sevdiyini görürdü.Bu qələm Rəna üçün çox maraql idi.
Artıq imtahanlara 2 gün qalmışdı.Günay imtahanlardan daha əvvəlki kimi qoxmurdu,çünki qələmin sayəsində yaza biləcəyindən əmin idi.Günay qələmini sinifdə qoyub uşaqlarla söhbət etmək üçün dəhlizə çıxdı.Bunu görən rəna dərhal Günayın qələmini götürüb çantasına qoydu,yerinə isə Günayın qələminə bənzər bir qələm qoydu.Dərs bitdi ,Günay əşyalarını yığışdırıb evə gəldi.Axşmda qələmin çantada olub olmadığını yoxladıqdan sonra yatdı.Artiq seher açılmışdı uşaqlar imtahana gəlmişdilər.Günay qələmi götürüb imtahana daxil oldu.Həmişə qələminə dediyi sözləri deməyə başladı.”Mənim sehirli qələmim bu gündə mənə kömək ol”.Günay sonra qələmə diqətlə baxdı və başqa qələm olduğunu gördü. Artıq gec idi,imtahan başlamışdı.Çox qorxurdu şünki bu imtahandan qələmi olmadığı üçün keçməyəcəyini düşünürdü.Heç nə yazmırdı bütün diqqəti qələmində idi.
Nəzarətçi Günaya “Artiq imtahan başlayıb sən hələ heç nə yazmayıbsan, başla yazmağa. Rahat ol və özünə inan.” Bu sözlər Günaya təsir etdi.Düşündüki özünə inanmaqdan başqa çıxış yolu yoxdur.Öz – özünə dedi mən bacaracam. Mən qələmim olmadanda imtahan verə bilərəm.İmtahanın bitdiyini nəzarətçi elan etdi.Günay tez bir vaxtda cavabların çıxmasını istəyirdi.Ancaq hələdə qələmi kimin götürdüyü barədə heç bir fikri yox idi.
Səhəri gün uşaqlar məktəbə imtahanlarının cavabını öyrənmək üçün gəldilər.Rəna Günaya baxıb sakitcə gülürdü “Mən bu səfər birinci olacam” düşünürdü.Günay qələminin Rənada olduğunu gördü və yaxınlaşıb qələmini geri verməsini xahiş etdi.Rəna isə qələmin özünə aid olduğunu ona hec ne verməyəcəyini bildirdi.Günay “Rəna sənin etdiyin heçdə yaxşı hərəkət deyil oğurluqdu”Rəna isə dedi nə olsun bu dəfə sinifdə birinci mən olacam.Bu zaman müəllim sinifə daxil olub nəticələri açıqladı.Ən cox bal taoplayanın Günay olduğunu deyəndə Günay çox sevindi.Rəna isə təccüblə Günaya baxırdı”Mən axı onun qələmini götürmüşdüm.Yoldaşları Günayı təbrik etməyə başladılar.Rəna acıqlı acıqlı Günayın yanına gəlib qələmi qaytardı və ”Sənin bu qələmin heç bir işə yaramır sənə qaytarıram götür.” Günay Rənaya dedi:”Mənim bu qələmə ehtiyyacım yoxdur.Mən artıq anladımki əsas insanın özünə inanmasıdır.İmtahan eledə qorxulu deyilmiş sadəcə özünə inanıb yaxşı hazırlaşmaq gərəkdir.Qələm artıq səndə qala bilər.Rəna etdiyi hərəkətdən çox utanmışdı,səhvini anlamışdı.