Hiperaktivliyi olan Təlim və Tehran qardaşları üçün valideyni Narınc Rüstəmovaya müraciət etdi

Təlim və Tehran qardaşları Qusardan gələrək bizə müraciət etdilər. Hər iki balamızda yüksək dərəcədə hiperaktivlik sindromu müşahidə edilir. Eyni zamanda Tehran və Təlimdə nitq problemi də var. Valideynlərinin müraciətindən sonra balalarımızı mərkəzimizə dəvət edərək həm aparat, həm psixoloji, həm də loqopedik müayinələrdən keçirdik. Təlimin beyin dalğaları çox oyanıqdır, həmçinin diqqət əskikliyi var. Diqqəti çox dağınıqdır, nitqi isə 1 yaş səviyyəsindədir. Həmçinin Tehran balamızda da diqqət əskikliyi müşahidə olunurdu. Ağır davranış pozuntuları var, nitq inkişafı da hər ikisində ləngdir. Tehran balada isə nitq 1 yaş yarım səviyyəsindədir. Yaşlarına uyğun olaraq uzun cümlələr qurmaqda çətinlik çəkirlər. Nitqləri daha çox tək-tək sözlərdən ibarətdir.

Balalarımıza həm loqopedik, həm psixoloji, həm də aparat terapiyaları təətbiq olunacaq. Hər biri üçün xüsusi hazırlanmış proqramlarımız var. Belə ki, onlar üçün 2 aylıq terapiya artıq artıq start vermişik. Uğurlu nəticəmizi isə tezliklə bölüşəcəyik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!