Övladınıza dəyər verin
Uşaqların xoşbəxt, şən əhval –ruhiyyəli, psixoloji sağlam böyümələri üçün valideynlər necə davranmalıdırlar? Övladınızı var olduğu kimi qəbul edin. Uğurları, uğursuzluqları, bacardıqlar və bacara bilmədikləri üçün övladınızı dəyərləndirməyin. Onlar sizin bir parçanızdır. Onları olduqları kimi sevib dəyər verin. İnkişafı üçün əlinizdən gələnləri edərək ona dəstək olun. “Hamıdan yaxşı olsun” ifadəsindən uzaq olun. Hər baxımdan inkişafı üçün […]
Uşağım qucağımdan düşmür
İlk addımlarını atmaq uşağınız üçün möhtəşəm bir yenilikdir. Aylarla qucaqda daşındıqdan sonra uşaq azad, arzuladığı yerə gedə bilmək üçün son dərəcə həyəcanlı olur.Ancaq bəzi uşaqlar,bu ilk həyəcanı bitdiyi zaman yeriməkdənsə qucaqda gəzməyin daha yaxşı olduğuna qərar verir. Yeriməmək üçün inad etməyə və qucaqda daşınmaq üçün israr etməyə başlayır. Bir zamanlar getmək üçün çırpınan kiçik balanız, […]
Hamiləlik dövründə yaranan stress və onunla mübarizə üsulları
Stress bizim gündəlik həyatımızda artıq adi hal olaraq qarşıladığımız bir haldır. Lakin əlimizdən gələni edirik ki,bu hallarla qarşılaşmayaq. Təbii ki, müasir zamanda bu bir az çətindir. Özümüz bu hallardan uzaqlaşa bilməsək də, əlimizdən gəldiyi qədər çalışırıq ki ,uşaqlarımız stresdən uzaq olsunlar. Bunun üçün ilk olaraq hamiləlik dövründən öz psixikamızı stress yaradan faktorlardan uzaq tutmağa çalışmalıyıq. […]
Körpələrin 12 aylıq gün rejimi
1-ci ayDünyaya gəldiyi ilk ay uşaqlar gün ərzində 21 saat yuxuda olurlar. Onlar yuxudan yalnız öz fiziki təlabatlarını ödəmək üçün dururlar. Bu ay uşağı gün ərzində 7-8 dəfə yedizdirmək lazimdir. Əvvəllər uşaqlar üçün xüsusi qida rejimi var idi ki, uşağı 3 saatdan bir yedizdirmək lazımdır. Amma artıq bu rejimə çox əməl etmirlər. Analara məsləhət görülür […]
Uşaqlara tualet vərdişinin öyrədilməsi
Yeni doğulmuş uşaqlarda sidik kisəsini əhatə edən əzələlər qeyri iradi olur. Yəni uşaqlar sidik ifrazını böyüklər kimi nəzarətdə saxlaya bilmir. Lakin bir yaş yarımdan sonra uşaqlar artıq tualet vərdişınə yiyələnməyə hazır olurlar. Daha dəqiq desək qızlar 29 ayından, oğlanlar 30 aylığından etibarən bu vərdişə yiyələnə bilərlər. Bu yaşdan əvvəl uşağınıza tualet vərdişi öyrətməyə tələsməyin. Əvvəlcə […]
Uşağınızın ruh yaşı neçədir?
Uşağınızın özünü olduğu yaşdan daha çox və ya az yaşlı kimi aparmasını müşahidə edirsiniz. Bəzən elə hallar olur ki, böyük oğlunuz özünü balaca uşaq kimi aparır: şıltaqlıq edir, emosiyaların qabarıq bildirir, içini çəkə-çəkə ağlayır ya da durmadan yüksək səslə gülərək tullanır. Ürəyinizdə düşünürsünüz 10 yaşlı oğlum niyə 6 yaşlı uşaq kimi rəftar edir?! Və ya […]
Uşaqlar üçün yemək reseptləri
Bu yeməklər 1 yaşına qədər uşaqlar üçün nəzərdə tutulub. Əlavə qidalar körpənin yalnız 6-aylığından sonra (ət, baliq isə 8 aylığından sonra) onun pəhrizinə əlavə oluna bilər. Yeni qidaların əlavə edilməsi prosesi tədricən və düzgün şəkildə həyata keçirilməlidir ki, uşağın səhhətində problemlər yaranmasın. Düyü sıyığı ətlə 2 x.q. düyü, 3 stəkan su, 100 q çiy mal […]
Uşaqlarda ilk dişlərin çıxması
İlk dişlər uşaqda təxminən 6 ayında çıxmağa başlayır. Lakin bu çox fərdi prosesdir. Həkimlərin müşahidələrinə görə, müasir uşaqlarda ilk diş orta hesabla 8-8,5 ayında çıxır. Bu normal sayılır. Hal hazırda valideynlərin bir hissəssi bu kimi problemlə rastlaşır – uşağın 1 yaşı tamam oldu, lakin ilk diş hələ də çıxmadı. Əgər bu zaman uşaqda dişlərin çıxmasının […]
Ana südünün faydaları
Ana südü uşaq üçün nadir və ideal qidadır. Ana südünün nadir tərkibinə görə alimlər onu “təbiət fenomeni”kimi qiymətləndirirlər. Ən müasir və bahalı süni uşaq qidasının tərkibi ana südünün tərkibinə hətta “yaxınlaşa bilməz”. Ana südünün tərkibi olduqca mürəkkəbdir və bu günümüzə kimi alimlər tərəfindən tam ifşa olunmayıb. Hal hazırda alimlər ana südünün tərkibində 400 komponent aşkar […]
Südünüz övladınızı doyurmursa
Körpəni əmizdirən cavan analar tez-tez narahat olur ki, uşaq doymaya bilər, ona ana südü çatmaya bilər. Bir çox hallarda belə narahatçılıq üçün ciddi səbəb olmur. Uşağın doyub-doymamasını təyin etmək üçün bir neçə üsul var. Belə ki, Sağlam yenidoğulmuş uşaq adətən qida qəbul etmək üçün hər 2-3 saatdan bir oyanır (gecə saatlarında bir qədər artıq yata […]