Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Bağça və məktəb dönəmində problem yaşayan uşaqlar

15 Sentyabr- “Bilik günü” başqa sözlə ifadə etsək, məktəbə qayıdışı simvolizə edir. İlk öncə bildirmək lazımdır ki, tətil və istirahət günlərindən sonra uşaqlar məktəbə qayıtdıqda daha gümrah və enerjili olmaları üçün tətil günlərində yaxşıca istirahət etməlidirlər. Amma bununla yanaşı öyrənməkdən də geri qalmamalıdırlar. Belə vaxta valideynlərin onlar üçün əyləncəli, həm də, öyrədici olacaq oyunlara, təlimlərə […]

“Məktəbdə Xocalı  İlə bağlı keçirilən tədbirlərin uşaq psixologiyasına təsiri”

Xalq olaraq yaşadığımız ağır, çətin günlərdən biri də Xocalı soyqrımının baş verdiyi gündür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni daşnakları tərəfindən Rusiyanın 366-cı motatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan azərbaycan türklərinə qarşı amansız divan tutmuşlar. Bu əməllər mütəşəkkil formada həyata keçirilib, deportasiya olunan əhalininəksəriyyəti Xankəndində saxlanlırdı. Daşnaqlar […]

“Təcavüz görmüş uşaq və böyüklərin psixologiyası”

Cəmiyyətdə bütün dövrlərdə aktual və daima müazirələrə səbəb olan mövzulardan biri də təcavüz görmüş insanlar, xüsusilə bu halla üzləşən uşaqların psixologiyasıdır. Təbii ki, belə halları yaşamaq insan psixologiyasın mənfi təsir edir, ələlxüsus təəssüf ki, uşaqların psixologiyasına zərbə vurur. Təsadüfi deyil ki, mövzu ilə bağlı yetkin insanlardan, həmçinin bu vəziyyətin qurbanı olmuş uşaqların valideynlərindən də psixoloqlara […]

“Uşaqların çəkdiyi şəkillər onların psixoloji vəziyyətindən xəbər verir?”

Bilirik ki, rəsim çəkmək və rəngləmək uşaqların ən sevdiyi məşğuliyyətlərindən biridir. Günümüzdə karandaşlarla, flomasterlərlə rəsm çəkməyi, boyamağı sevməyən yəqin ki, çox az uşaqlar vardır. Bəs bilirsinizmi onların çəkdiyi rəsmlərlə müəyyən mənada onların psixoloji vəziyyətini aşkar etmək olar. Hətta nəinki psixoloji vəziyyətlərini bu rəsmlər həm də, uşaqların zəka və intellekt bacarıqlarının müəyyənləşdirilməsinə kömək edə bilər. Elə […]

“Uşaqlarda çeynəmə problemi”

Uşaqlarda, xüsusilə kiçik yaşlı uşaqlarda çeynəmə çətinliyi tez-tez rast gəlinən problemdir. Valideynlər çox vaxt “ Övladım qidanı çeynəməkdə çətinlik çəkir, nə edə bilərəm?” və ya “Övladımda çeynəmə problemi var, bunun loqopedik müalicəsi varmı?”  bu tip suallar ünvanlaya bilirlər. İlk öncə onu vurğulamaq lazımdır ki, çeynəmə əzəzləri aktiv olan uşaqların nitq inkişafları da normal olur. Yəni, […]

“Uşaqlarda adaptasiya problemi”

Adaptasiya çətinliyi insanlarda, xüsusilə kiçik yaşlı uşaqlar və yeniyetmələr arasında tez-tez rast gəldiyimiz hallardan biridir. Adaptasiya sözü latınca olan “adaptatio” uyğunlaşdırıram sözündən götürülüb və uyğunlaşma deməkdir. Yəni uşağın, yeniyetmənin tanımadığı bir mühitdə olarkən ora uyğunlaşma mərhələsidir. Burada bəzi valideynlərin də etdiyi yanlışlıqlar vardır ki, onlar uşaqlardan yeni bir mühitə düşərkən qısa zaman ərzində ora uyğunlaşmasını, […]

“Uşaqlarda ölüm qorxusu”

Uşaqlarda artıq müəyyən yaşdan etibarən ölüm anlayışı haqqında suallar yaranmağa başlayır və onlar bu sualları böyüklərə, valideynlərinə ünvanlayırlar.  Hətta müəyyən yaşlı uşaqla bərabər, kiçik yaşlı uşaqlar da ölümlə bağlı suallar verə bilirlər. Bir çox valideynlər bu sualları eşitdikdə narahatlıq keçirir və bunun normal olmadığını bildirirlər. Belə valideynlərin arasında psixoloqlara müraciət edən kifayət qədər insanlar var. […]

“Əkiz uşaqların psixologiyası”

Valideynlərə maraqlı olan və sual ünvanladıqları mövzulardan biri də əkiz uşaqların psixologiyası haqqındadır. Qeyd etmək olar ki, bu mövzuda valideynlərin doğru bildiyi yanlışlar çoxluq təşkil edir. İlk öncə vurğulamaq lazımdır ki, əkiz uşaqlar eyni və ya oxşar görünüşə sahib olsalar da , tək yumurta əkizləri və s. olsalar da bu uşaqların hər biri ayrı-ayrı fərdlər, […]

“Uşaqlarda həkim qorxusu”

Valideynləri narahat edən məsələlərdən biri də, övladlarında xüsusən də azyaşlı uşaqlarda olan həkim qorxusudur. Bu mövzu ilə bağlı mütəmadi olaraq psixoloqlara suallar ünvanlanır. Onlar “Uşağımda iynə fobiyası var və həkimə getmək istəmir” , “Övladımda xəstəxanaya, həkimə qarşı qorxu var və həyəcanlanır” və ya “Övladımdakı həkim, iynə fobiyasını onun psixologiyasına mənfi təsir etmədən necə düzəldə bilərik?” […]

“ Uşağımı hansı dildə təhsilə yönəldim?”

Son dövrlər valideynləri narahat edən və suallar ünvanladıqları mövzulardan biri də, uşaqların təhsil məsələsində dil seçimidir. Valideynlər bildirir ki, “Dil seçimini necə etməliyəm ki,uşaqlar həm rahatlıqla həmin dili öyrənə bilsin, həm də, irəli təhsil həyatında dil seçimi baxımdan problem yaşamasın” Əvvəlcə bidirmək lazımdır ki, başqa bir dil bilmək və ya öyrənmək çox gözəl bir xüsusiyyətdir. […]

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!