”Sevmək və çalışmaq” sağlam ruhun təməl xüsusiyyətləridir. Biz işimizi sevirik və xidmət səviyyəmizi daha da artırmaq üçün 7 filialda 14 ildir ki, durmadan çalışırıq.
Övladlarımızın xoşbəxt, şən əhval–ruhiyyəli, psixoloji sağlam böyümələri üçün əlimizdən gələni edirik.
Psixoloji çətinliklərin təyin edərək dünyada tətbiq olunan psixoloji konsultasiyalar həyata keçiririk.
Dövlət və özəl qurumların əməkdaşlarına psixoloji konsultasiyalar və fərdi inkişaf təlimləri həyata keçiririk.
Artıq 14 ildən çoxdur ki, Narınc Psixologiya Mərkəzi olaraq psixoterapiya və psixoloji konsultatsiyalar həyata keçiririk. İnsan psixikası nədir, necə inkişaf edir, insanın hazırki və digər yaş dövrlərində ruhunda nə baş verir, yaddaş, təfəkkür, xəyal və diqqət necə olmalıdır, insanlarla necə səmərəli ünsiyyət yaradıla və ailə qurula bilər, uşaqların tərbiyəsi, kəkələmə, autizm və s. bilən ekspertlərdən ibarət komanda ilə xidmət göstəririk.
Gündəlik həyatımızda vərdiş etdiyimiz adətlər, davranışlar, yaxınlarımızın psixoloji durumları və s haqqında maraqlı məlumatlar