“ Şəhid Kapitan Elman Babaxanovun həyat yoldaşı övladı üçün Narınc Rüstəmovaya müraciət etdi.”
Şəhid Elman Babaxanov 17 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur və İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmışdır. O, 2016-cı ildən hərbi xidmətə başlamışdır. Müharibə dönəmində Cəbrayıl, Xocavənd və Füzuli şəhəri uğrunda gedən ağır döyüşlərdə şücaətlə iştirak etmişdir. Kapitan Elman Babaxanov döyüş tapşırıqlarını yerinə yetirərkən Xocəvənd rayonu uğrunda gedən əməliyyatlarda yaralanmış və şəhid […]
Autizmli uşaqlarda qorxular
Asanlıqla ortaya çıxan qorxular, yüksək həyəcan uşağın ətraf aləm ilə münasibətlərinə mane olur. Qorxularla bağlı problemlər autizmli uşaqlarda davranışla bağlı başlıca çətinliklərdən biridir. Qorxular müxtəlif cür özünü biruzə verir. Bu real təhlükələrə qarşı müdafiə hissinin olmaması, həddindən artıq vas-vası olmaq, daima həyəcanlı olmaq, ayrı-ayrı qorxuların fiksasiyası, qorxudan obyektə qarşı panik reaksiyanın olması, həmçinin “qorxulu olan […]
Övladınıza dəyər verin
Uşaqların xoşbəxt, şən əhval –ruhiyyəli, psixoloji sağlam böyümələri üçün valideynlər necə davranmalıdırlar? Övladınızı var olduğu kimi qəbul edin. Uğurları, uğursuzluqları, bacardıqlar və bacara bilmədikləri üçün övladınızı dəyərləndirməyin. Onlar sizin bir parçanızdır. Onları olduqları kimi sevib dəyər verin. İnkişafı üçün əlinizdən gələnləri edərək ona dəstək olun. “Hamıdan yaxşı olsun” ifadəsindən uzaq olun. Hər baxımdan inkişafı üçün […]
Hamiləlik dövründə yaranan stress və onunla mübarizə üsulları
Stress bizim gündəlik həyatımızda artıq adi hal olaraq qarşıladığımız bir haldır. Lakin əlimizdən gələni edirik ki,bu hallarla qarşılaşmayaq. Təbii ki, müasir zamanda bu bir az çətindir. Özümüz bu hallardan uzaqlaşa bilməsək də, əlimizdən gəldiyi qədər çalışırıq ki ,uşaqlarımız stresdən uzaq olsunlar. Bunun üçün ilk olaraq hamiləlik dövründən öz psixikamızı stress yaradan faktorlardan uzaq tutmağa çalışmalıyıq. […]
Uşaqlarda Davranış Pozuntusu – Kaprizlər
Hazırda uşaqlar arsında ən çox rast gəlinən narahatlıqlardan biri davranış pozuntusu və kaprizlərdir.Demək olar hər 10 uşaqdan 7-sində bu problemə rast gəliniƏksər hallarda davranış pozuntusunu aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqlarla qarışdırırlar. Ancaq burada olan əsas fərq, aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqların mənimsənilməməsi tərbiyə qüsurudur,davranış pozuntusu isə psixi və fiziki inkişafda yaranan narahatlıqların davranışda […]
Şiddət görən ailələrdə böyüyən uşaq psixologiyası
Uşaqların inkişafında, şəxsiyyətinin formalaşmasında və ümumiyyətlə sağlam və xoşbəxt gələcəyində ailənin rolu danilmazdır. Çünki məhz ailə uşağın həmişə sevildiyi, güvəndiyi, kömək və dəstək yeridir. Bundan savayı, uşaq ailə daxilində insanı münasibətləri mənimsəyir və cəmiyyətin gələcək üzvü kimi formalaşır. Uşaqlıq illərində əldə etdiyi təcrübəni həyatı boyunca yadda saxlayır. Lakın, bir çoxları bu qayğıdan kənar qaldığlarından savayı, […]
Böyümək və ya böyüyə bilməmək
Böyümək nədir? Boyun uzanması, bədənin inkişaf etməsi, oğlanlarda üzün tüklənməsi, səsin qalınlaşması və s. Bəzən bu yetkin bədənin içində bir uşaq yaşayır və insanlar beləsinin zahiri görünüşünə aldanıb yetkin kimi rəftar edərək ona iş tapşırır,üzərinə məsuliyyət yükləyir,əmanət verir, amma qarşı tərəfin ruhu hələdə uşaq qaldığından çox yüklənən yükü qaldıracaq gücə sahib olmur. Böyümək uzunmüddətli ve […]
Uşaqlar dənizdən niyə qorxur?
Bu qorxu yaşa uyğun olaraq dəyişir Bu dəfə uşaqların mövsümi qarşılaşdıqları çətinliklərdən biri olan dəniz qorxusundan söhbət açmaq istəyirəm. Dəniz qorxusu uşağın yaşına uyğun olaraq dəyişir və əsasən, 3-6 yaş arası uşaqlarda idrak proseslərinin, xüsusən, təxəyyülün aktivliyi ilə əlaqədar olaraq, özünü daha intensiv göstərir. Bu yaş arası uşaqlarda, əsasən, yüksək səs (tozsovuran, ildırım çaxması), saç […]
Şiddətə məruz qalan uşaqlar
Şiddətə məruz qalan bir uşaq bir dəfə və ya dəfələrlə yaşamış olanlara müxtəlif yollarla cavab verə bilər. Üstəlik, sadəcə bunlara məruz qalmaları deyil, həm də bu görüntülərə şahidlik etmələri kifayətdir. Şiddət uşaqlara pis təsir göstərə bilər. Şiddətə məruz qalan uşaqlarda hadisədən sonra uşaqdan-uşağa fərqli olaraq bunlar gözlenilir. Dalaşqan və əsəbi davranışlar sərgiləyə bilər. Özünə qapanar […]
YENİYETMƏ XARAKTERİNİN FORMALAŞMASINDA AİLƏDAXİLİ ÜNSİYYƏTİN ROLU
Bu məqalədə hamımız üçün maraqlı və bir o qədər də çətin olan yeniyetməlik dövründən söhbət açacağıq. Hamımızın ailəsində, qohumlarımızda, ətrafımızda bu yaş dövründə olan uşaqlara rast gəlirik. Qeyd edim ki, yeniyetməlik dövrü standart bir yaş həddi deyil, bəzi uşaqlarda bu dövr tez və yaxud gec başlaya və ya gec qurtara bilər. Ancaq ən çox yeniyetməlik […]