Qırmızı rəngi sevən insanların psixologiyası
Heç kimə sirr deyil ki, insanların sevdikləri rənglərdən, qidalardan, geyim tərzlərindən və s. müəyyən mənada xarakterik cəhətlərini, eləcə də psixo-emosional vəziyyətlərini müəyyənləşdirmək olur. Bu tip suallar da mütəmadi olaraq psixoloqlara ünvanlanan suallar sırasındadır. Bu sualları ümumi olaraq belə cavablandırmaq olar: Digər rənglərdə olduğu kimi qırmızı rəngin də insanın psixo-emosional sferasında, onu müəyyənləşdirməkdə özünəməxsus yeri var. […]