“Autizm spektr pozuntusu olan Rüzgar balanın terapiyasını Narınc Rüstəmova öz üzərinə götürdü”
Balamız İsmayılov Rüzgar Şəki rayonunda yaşayır və 3 yaşı var. Anası Əfsanə İsmayılova bildirir ki, övladının 3 yaşı olmasına baxmayaraq danışa bilmir, hətta adını çağırdıqda da reaksiya vermir. Rüzgar balada autizm spektr pozuntusu müşahidə edilir. Bundan başqa onda diqqət yayınıqlığı, hiperaktivlik sindromu da vardır. Həmçinin danışa, özünü ifadə edə bilmədiyi üçün bu onda aqressiya çevrilir. […]