“İkinci Qarabağ müharibəsi veteranı Əli Bayramzadə problemləri üçün Narınc Rüstəmovaya müraciət etdi”
Bayramzadə Əli Nemət oğlu 44 günlük Vətən müharibəsi iştirakçısı olmuşdur. O, işğal altında olan torpaqlarımızın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında yaxından iştirak etmişdir. Əli Bayramzadə müharibə veteranıdır və Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır. Göstərdiyi şücaətlərə görə Bayramzadə Əli “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və […]
“Şəhid Abıyev Vasifin qardaşı, şəhidimizin övladı üçün Narınc Rüstəmovaya müraciət etdi”
Abıyev Samir Vaqif oğlu qardaşı Şəhid Abıyev Vasifin yadigarı olan övladının problemləri üçün Narınc Psixologiya Mərkəzinə müraciət edib. Şəhid Abıyev Vasif İkinci Qarabağ müharibəsinə könüllü olaraq qatılmış və döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. O, 1986-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı 27 sentyabr 2020-ci ildə ordu sıralarına […]
“44 günlük Vətən Müharibəsi Şəhidi İbrahimov Bəhruzun həyat yoldaşı övladları üçün Narınc Rüstəmovaya müraciət etdi”
Şəhid İbrahimov Bəhruzun xanımı Aygün Fərhadova övladı Fariz üçün Narınc Psixologiya mərkəzinə müraciət etdi. Şəhid, kiçik çavuş İbrahimov Bəhruz 1983-cü ildə Füzuli şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhruz İbrahimov sentyabrın 30-da […]
“Solaxay uşaqlar”
Valideynlərdən gələn suallardan biri də övladlarının sol əli ilə yazı yazması, sol əlini istifadə etməsi və solaxay uşaqlar haqqındadır. Hətta bəzi valideynlər övladlarını sol əli ilə yox sağ əli yazı yazmağa məcbur etdiyini də bildirir. Ancaq bildirmək lazımdır ki, bu doğru bir üsul deyil. Bu hal uşaqların psixologiyasına, psixo-emosional vəziyyətinə mənfi təsir göstərir. Solaxaylıq anormallıq […]
“ Şəhidimiz Ağamalıyev Şəhriyarın anası nəvələri üçün Narınc Rüstəmovaya müraciət etdi”
Şəhidimiz Ağamalıyev Şəhriyarın anası Cəfərova Gülxanım nəvələri Ağamalıyev İmran və Ağamalıyeva Şəhrinurun problemləri üçün Narınc Psixologiya Mərkəzinə üz tutdu. Şəhid Ağamalıyev Şəhriyar Əvəz oğlu 28 sentyabr 1989-cu ildə Hacıqabul rayonunda dünyaya gəlib və 44 günlük Vətən müharibəsi zamanı qəhramanlıqla döyüşmüşdür. Azərbaycan ordusunun leytenantı olan Şəhriyar Ağamalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğal altında olan ərazilərin azad […]
“ Donuq zəka və sərhəd zəkalı insanlar”
Bəzi uşaqların istər valideynləri, istərsə də ətafındakı insanlar onların laqeyid, vecsiz, bacarıqsız, məsuliyyətsiz olduğunu və doğru-düzün bir işi bacara bilməmələrindən şikayətlənirlər. Bəs bu vəziyyətdən çıxış yolu necədir? Bunu yaradan səbəblər nədir? İlk növbədə onu vurğulamaq lazımdır ki, məsuliyyət hissini formalaşdırmağın ən əsas yollarından biri intellektual inkişafla bağlıdır. Yəni, intellektual inkişaf nə qədər yüksəkdirsə bir o […]
“Çox sual verən uşaqlar”
Valideynlərdən aldığımız şikayətlər sırasında uşaqların davamlı onlara sual verməsi, hər şeylə detallı şəkildə maraqlanmaları mövzusu da vardır. Belə ki, bəzən valideynlər bu suallara necə cavab verəcəklərini bilmirlər və övladlarının bu qədər xırdalığa enməsi, gün ərzində çoxlu sayda suallar verməsi onları yorur və narahat edir. Bəzən, hətta valideynlər bu sualların bir hissəsini mənasız kimi qiymətləndirir, cavab […]
Kəkələmə Nədir?
Kəkələmə uşaqlarda tez-tez müşahidə edilən nitq qüsurlarından biridir. Bu vəziyyət, hərfləri uzadaraq tələffüz etmə, müəyyən hərfləri söyləyə bilməmə kimi hallar ilə özünü göstərir və son zamanlar daha çox diqqət çəkir. Valideynlər bu vəziyyəti görüb narahat olurlar və loqoped və psixoloqa müraciət etmək məcburiyyətində qalırlar. Maraqlıdır ki, bəzi valideynlər övladlarında əvvəllər belə bir problemin olmadığını, kəkələmənin […]
“Əkiz qardaşlar İsa Rüstəmov və Hüseyn Rüstəmovun terapiyasını Narınc Rüstəmova öz üzərinə götürdü”
Əqli, nitq-motor geriliyi olan əkiz qardaşlar İsa və Hüseyn Rüstəmovların valideyni övladlarının problemi üçün Narınc Rüstəmovaya müraciət edib. Əkizlərin 8 yaşı olsa da əqli cəhətdən geri olduqları üçün, özlərini 3-4 yaşlı uşaq kimi aparırlar. Məktəbə gedəcək yaşda olsalar da, lakin məktəbə getmirlər. Valideyni bildirir ki, 3 yaşından sonra inkişaf etməyib və onlarda yaşıdları kimi davranışlar […]
“ Tək qalmaqdan qorxan uşaqlar”
Bu mövzu da hər zaman valideynlər tərəfindən çoxlu suallar ünvanlanan mövzular sırasına daxildir. Tək qalanda qorxamaq nəyinki kiçik yaşlı uşaqlarda, hətta irəli yaşlarda olan, sərbəst qala biləcək uşaqlarda da müşahidə olunan problemlərdəndir. Məsələn valideyn bizə bildirir ki, “ Övladım cizgi filminə baxır, mən də mətbəxdə ev işlərini görürəm. Bu zaman onun digər otaqdan həyəcan və […]